Icma.az
close
up
RU
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində baş tutacaq iclaslar xüsusi əhəmiyyət kəsb edir”

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində baş tutacaq iclaslar xüsusi əhəmiyyət kəsb edir”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Bu gün Bakı növbəti möhtəşəm bir tədbirə ev sahibliyi edir. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası öz işinə başlayır. Bakıda keçirilən tədbirdə 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti iştirak edir. Toplantı açılış sessiyasından sonra nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edəcək. Düşünürəm ki, yekunda enerji sahəsində yeni əməkdaşlıqlar üzrə sənədlər imzalanacaq”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

M.Cəfərov bildirib ki, artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən iclasları müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxımından zəngin olub: “Xüsusilə iştirakçıların say tərkibinin ildən-ilə genişlənməsi, bir sıra yeni ölkələrin dövlət və hökumət nümayəndələrinin qatılması tədbirə olan beynəlxalq rəğbətdən xəbər verir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda bir araya gəlməsi ölkəmizin Avropanın enerji təminatında getdikcə artmaqda olan rolundan irəli gəlir. Son illər iqtisadiyyatını getdikcə şaxələndirərək inkişaf etdirən dövlətimiz Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, həm də bərpaolunan enerji mənbələri hesabına təmin etməsi işində də təxirəsalınmaz işlər həyata keçirir”.

Deputat diqqətə çatdırıb ki, hazırda Bakıda keçirilən iclasda Avropa bazarına daha çox qaz ixrac edilməsi ilə bağlı imkanların nəzərdən keçirilməsi, “yaşıl” enerji əməkdaşlığının genişləndirilməsi, bərpaolunan enerjinin nəqli və digər məsələləriylə bağlı yeni qərarların verilməsi də gözlənilir: “Qlobal siyasətdə baş verən ciddi dəyişikliklər Avropa ölkələrini Azərbaycandan daha çox qaz almağa vadar edir. Bunun üçün isə fəal danışıqlara, fikir mübadiləsi aparmağa daha çox ehtiyac duyulur. Bu baxımdan artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində baş tutacaq iclaslar xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə olunur. Həmçinin dövlətimizin başçısı öz çıxışında bildirib ki, Məşvərət Şurasının iclasları zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinə yeni töhfələrin verəcək”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Aprel 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri