Icma.az
close
up
RU
Cənubi Afrika kimi: İsrail dünyada ən çox boykot olunan dövlətə çevrilib

Cənubi Afrika kimi: İsrail dünyada ən çox boykot olunan dövlətə çevrilib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni “ynet” saytının podkastına geniş müsahibə verib. Livni yaxın günlərdə Qərb dövlətləri tərəfindən Fələstin dövlətinin tanınması planları ilə bağlı İsraili gözləyən “siyasi sunami”dən danışıb.

Bizimyol.info xəbər verir ki, Livninin sözlərinə görə, bu dramatik addımdan əvvəl də, hətta o olmadan belə, İsrail diplomatik çöküş vəziyyətində idi və artıq dünyanın "ən çox boykot olunan dövləti"nə çevrilib.

İsraillilər dünyada sərbəst hərəkət edə bilmirlər və sentyabrda baş verəcək hadisələr bu ümumi prosesin – bataqlıqda ilişib qalmağın, boykotların və iqtisadi blokadaların – yalnız bir hissəsidir. Bu, vaxtilə Cənubi Afrikada baş verənləri xatırladır.

Livni baş verənlərə görə antisemistləri, islamçıları və yəhudi xalqının düşmənlərini deyil, "İsrailin hazırkı hökumətini" günahlandırır: “Bu, elə bir hökumətdir ki, mövcud antisemitizmi qızışdırır, müttəfiqlərimizin bizə dəstək verməsi üçün əlimizdə olan alətləri yox edir, onsuz da bizə qarşı olanlara isə əlavə güc verir”, - deyə qeyd edib.

Livninin fikrincə, BMT-də Fələstin dövlətinin tanınması təkcə onun legitimliyini deyil, “İsrailin öz legitimliyini və özünü müdafiə hüququnu da sual altına qoyacaq”.

“Bu, HƏMAS-la müharibəyə görə yox, hökumətin göndərdiyi siqnallar, atdığı addımlar və söylədiyi sözlər ucbatından baş verir. Ümid edirəm ki, bu, hökumət dəyişəndən sonra düzələcək – elə bir hökumət gəlməlidir ki, yalnız kabinet daxilində yer dəyişdirməklə kifayətlənməsin, həm də siyasəti dəyişsin”, - deyə Livni bildirib.

Livninin fikrincə, bu “siyasi sunami” hökumətin “axmaq və düşüncəsiz” hərəkətlərinin nəticəsidir: “Mən xatırlatmaq istəyirəm ki, HƏMAS-la ədalətli müharibənin fonunda İsrail hökuməti Yəhudiya və Samariyada birtərəfli addımlar atmağa başladı. 23 iyulda Knesset hökumətin Yəhudiya və Samariyanın bütün ərazilərinə suverenliyin tətbiqi qərarını təsdiqlədi. 2 iyulda isə Makron: “Mən BMT-yə gedirəm və Fələstin dövlətini tanıyıram” deə bildirdi. Halbuki İsrail HƏMAS-a qarşı dünya birliyini səfərbər edə bilərdi – və dünya həqiqətən də HƏMAS-a qarşı idi – amma hökumət müzakirəni başqa tərəfə yönəltdi və bu, bu gün bizə ziyan vurur”, - deyə o qeyd edib.

Livni: “Nə vaxt ki danışıqlar prosesi aparılır – və mən o danışıqları aparmışam – o, münaqişənin bitməsi, İsrailə qarşı əlavə iddiaların olmaması və Fələstinin silahsızlaşdırılmış, 1967-ci il sərhədlərinə qayıtmayan bir dövlət kimi qurulması prinsiplərinə əsaslanır. İndi isə İsrailin iştirakı olmadan legitimlik yaranır. Halbuki dünya deyir ki, HƏMAS hakimiyyətdə qalmamalıdır, bütün girovlar azad edilməlidir, Qəzzanın silahsızlaşdırılması təkcə legitim deyil – bu, zəruridir və bunu kimsə həyata keçirməlidir. Biz isə bu fürsəti istifadə etmək əvəzinə, əldən veririk”, - deyə vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri