Cənubi Afrikaya gedən azərbaycanlı: “Klubun prinsipləri məni cəlb etdi”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycanlı futbolçu Turan Manafov Cənubi Afrika Respublikası təmsilçisi “Stellenboş”la müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Manafovla razılaşmanın detalları açıqlanmayıb.
Turan klubun saytına açıqlamasında keçidlə bağlı fikirlərini bölüşüb:
“Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.
Turan yeni klubunda 2 nömrəli formanı geyinəcək.
Ötən mövsüm “Kəpəz”də çıxış edən müdafiəçi daha əvvəl “Səbail”, “Araz-Naxçıvan” kimi klublarda da forma geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Sentyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















