Icma.az
close
up
RU
Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasından 80 il ötür

Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasından 80 il ötür

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün günəş təqvimi ilə 21 Azər 1324-cü ildə (miladi təqvimi ilə 12 dekabr 1945) Azərbaycan Demokrat Firqəsinin rəhbəri Seyyid Cəfər Pişəvərinin başçılığı ilə Təbriz şəhəri mərkəz olmaqla Cənubi Azərbaycan Milli Hökuməti qurulub.

Gunaz.tv

Yalnız bir il mövcud olmasına baxmayaraq, Cənubi Azərbaycan Milli Hökuməti tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olub.

Cənubi Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirib. Azərbaycanlıların həyatı və hüquqları ilə bağlı əhəmiyyətli qanunlar qəbul edib.

Bu qanunlar əsasında dövlət kəndlərinin torpaqları və sular kəndlilər arasında əvəzsiz olaraq bölünüb, milli hökumətə qarşı mübarizə edənlərin və feodalların torpaqları kəndlilərə verilib.

Sənayeyə nəzarət mexanizmində ciddi dəyişiliklər edilib. Azərbaycan Milli Məclisinin 1946-cı il mayın 12-də qəbul etdiyi Əmək qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulub.

Qənd zavodu, Təbrizin tütün və çay fabrikləri Milli hökumətin ixtiyarına keçib.

1946-cı il fevralın 6-dan xalq qoşunları yaradılmasına başlanılb, hərbi məktəb açılıb, az müddətdə xalq qoşunları üçün 250 nəfərdən çox zabit hazırlanıb. Azərbaycan Milli Hökuməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edib.

Mədəniyyət sahəsində mühüm işlər görən Milli hökumət 1946-cı il 6 yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan dilini Cənubi Azərbaycanda rəsmi dövlət dili elan edib.

1946-cı il yanvarın 19-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq Məktəbi, martın 28-də Azərbaycan Dövlət Teatrı, aprelin 7-də Azərbaycan radiosu, iyulun 5 — də İncəsənət Muzeyi, sentyabrın 3-də Azərbaycan Milli orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası fəaliyyətə başlayıb.

Hökuməti hesabına 7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana açılıb, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olunub.

Ərdəbil, Astara, Marağa və digər şəhərlərdə teatr binaları tikilib, Əhalinin vəsaiti hesabına bir ildə 2000-dən artıq məktəb açılıb, Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başlayıb.

1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul edib. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açılıb.

Azərbaycan Milli Hökuməti dövründə aparılan mədənin islahatların mühüm bir hissəsini ana dilində mətbuatın formalaşması təşkil edib.

1945–1946-cı illərdə Azərbaycanın cənubunda müxtəlif mətbuat orqanları, o cümlədən "Vətən yolunda", "Azərbaycan", "Fəryad", "Azad millət", "Qələbə", "Yeni Şərq", "Maarif", "Demokrat", "Fəlahət" (Təbriz), "Cövdət" (Ərdəbil), "Urmiyyə", "Qızıl əsgər" (Urmiyə), "Vətən" (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuşdur.

Bu dövrdə 7 cilddən ibarət "Ana dili" adlı metodik dərs vəsaiti hazırlanıb və bu sonrakı dövrlərdə gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilib.

Bir illik Milli Hökumət dövründə Azərbaycan dilinin tədrisi və kitabların nəşr edilməsi sonrakı dövrlərdə Azərbaycan dili və mədəniyyətinə qarşı tətbiq edilən bütün məhdudiyyətlərə baxmayaraq, Güney Azərbaycanda Azərbaycan dilinin qorunub saxlanılmasına səbəb olub.

Bütün tənqid və təqdir olunası cəhətlərinə rəğmən, Cənubi Azərbaycan Milli Hökuməti müasir dövrdə İranda azərbaycanlıların ilk müasir dövlətçilik təcrübələri olub.

Azərbaycan dili və mədəniyyəti yayqınlaşması, xalqın öz dilində təhsil ala bilmək şüurunun formalaşmasında misilsiz rol oynayıb.

Milli Hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. İran ordusu Milli Hökumətin paytaxtı Təbriz şəhərini işğal edib və hökumətin çoxsaylı üzvləri güllələnib, on minlərlə insan mühacirət etməyə məcbur olub.

Seyyid Cəfər Pişəvəri də daxil olmaqla Milli Hökumət iştirakçıları o zamankı Sovet Azərbaycanına sığınmalı olublar.

Milli Hökumətin və Azərbaycan Demokrat Firqəsinin başçısı Seyyid Cəfər Pişəvəri 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həyatını itirib.

Hazırda da fars miliyyətçiliyi ideologiyası üzərində qurulan Pəhləvi hakimiyyətinin Azərbaycan Milli ökumətinə və azərbaycanlılara qarşı münasibəti başqa formada davam edir.

1979-cu ildə İranda yaşayan xalqların əməyi nəticəsində baş verən inqilabı müsadirə və hakimiyyəti qəsb edən hazırkı rejim Azərbaycan, onun mədəniyyəti, dili və tarixinə qarşı münasibətdə Pəhləvi sülaləsinin sadiq varisi, davamçısıdır.

Bu gün də, ana dili hüququ və Azərbaycan mədəniyyətinin qorunması sahəsində dinc mədəni fəaliyyət edən onlarla azərbaycanlı fəal, saxta ittihamlarla məhkum edilib, İran həbsxanalarında uzun illik məhkumluq dövrü yaşayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Dekabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri