Cənubi azərbaycanlı müğənni kəşfiyyat idarəsinə çağırılandan itkin düşüb
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi azərbaycanlı müğənni Aşqın Emami itkin düşüb.
Axşam.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ifaçı çərşənbə günü səhər saatlarında Təbrizdəki Kəşfiyyat İdarəsinə (ETTELAAT) çağırılıb. O vaxtdan bəri onun barəsində heç bir məlumat almaq mümkün deyil.
Sənətçinin ailəsinə yaxın mənbələr Emaminin həbs oluna biləcəyini açıqlayıb. Məlumata görə, sənətçinin instaqram səhifəsində bütün paylaşımlar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.
Kanal əlavə edib ki, Emaminin həbsinin səbəbləri, onun saxlanıldığı yer və barəsində irəli sürülən mümkün ittihamlar haqda dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə İran təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən Emaminin evinə basqın edib, orada axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Avqust 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















