Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbərləri həyəcanla izləyən bu bacılar - Pərəstu və Pərisa Təbrizdəndirlər. Onlar Bakıda təhsil alırlar, lakin İranda internetin məhdudlaşdırılması səbəbindən bir həftədir ki, ailələri ilə əlaqə saxlaya bilmirlər.
Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər
Ailə həsrəti çəkən bacılar yaşadıqları çətin günləri belə nəql ediblər:
"Mən bir həftədir ailəmin səsini eşidə bilmirəm, onların səsinə həsrət qalmışam. Bir həftə bizim üçün illər kimi keçdi. Bizim gecəmiz-gündüzümüz yoxdur. Hər dəqiqə xəbərlərə baxırıq ki, Allahım, İrana bir şey olmasın. 17 il mən orada yaşamışam, oranın suyunu, çörəyini yemişəm".
Bacılar bildirirlər ki, son bir həftədə ailələrindən aldıqları tək xəbəri dünən Naxçıvanla sərhədə gələn yaxınları çatdırıb:
"Dünən səhər yuxudan oyandım, hər zamankı kimi narahat idik. Anamız yanımızda deyil, səsini eşidə bilmirik. Çünki biz anamıza çox bağlıyıq. Oturmuşduq, birdən zəng gəldi. Zəng İran nömrəsindən idi. Çox sevindim. Açdım, gördüm ki, anamın dostudur. Dedi ki, Naxçıvan sərhədinə gəliblər, anamızdan xəbər gətiriblər. Hər şey yaxşıdır, narahat olmayaq".
Keçən il Bakıya gələrək Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə həyatına başlayan bacıların indi yeganə arzuları ölkələrində yaranan vəziyyətin qısa zamanda başa çatmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Yanvar 2026 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















