Cənubi Koreya döyüş təyyarəsi təsadüfən bomba atıb: Yaralılar var FOTOLAR
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Cənubi Koreya Hərbi Hava Qüvvələri təlim zamanı qırıcıdan təsadüfən yaşayış məntəqəsinə bomba atıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, qəzada 7 nəfər yaralanıb, bir çox tikililərə ziyan dəymiş qəza ilə bağlı araşdırmalara başlanılıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada bölgədə ABŞ ilə ortaq canlı atəş təliminin keçirildiyi və "Bu gün saat 10:04 radələrində Cənubi Koreya Hərbi Hava Qüvvələrinə aid KF-16 döyüş təyyarəsindən anormal şəkildə atılan 8 MK-82 tipli bombanın təlim bölgəsi xaricinə düşdüyü" bildirilib.
"Qəza nəticəsində dəymiş ziyana görə üzr istəyirik və yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyən bəyanatda, "Zərərin ödənilməsi də daxil olmaqla, bütün lazımi tədbirləri aktiv şəkildə görəcəyik" ifadəsi əlavə edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 06 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















