Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Cənubi Koreya hadisələri Yaxın Şərqdəki maraqlar uzaqda da toqquşur ŞƏRH

Cənubi Koreya hadisələri Yaxın Şərqdəki maraqlar uzaqda da toqquşur ŞƏRH

Icma.az bildirir, Report.az portalına istinadən.

İki Koreya ikiqütblü dünyanın törəməsidir. Bu qarşıdurma nəticəsində cənubda Koreya Respublikası, şimalda Koreya Xalq Demokratik Respublikası qurulub.

Cənubda anti-Qərb aksiyalar həmişə keçirilib. Əvvəllər hesab olunurdu ki, bu tədbirləri sovetlər təşkil edir. Sonra onun ünvanı dəyişdi. İndi etiraz aksiyalarının Çin, Rusiya və Şimali Koreyanın dəstəyi ilə keçirildiyi iddia olunur.

İndi nə baş verir? Dekabrın 3-də Respublikanın Prezidenti Yun Sok Yol təcili çıxışında ölkədə hərbi rejimin tətbiqini elan edib. O, bunu konstitusiya quruluşunu “kommunist qüvvələrdən” və KXDR-dən gələn təhdidlərdən qorumaq üçün zəruri tədbir adlandırıb. Prezident vurğulayıb ki, dövlətə qarşı olan elementlərin kökünün kəsilməsi vacibdir.

Yun Sok Yol açıqlamasına aydınlıq gətirərək deyib ki, “anti-dövlət elementləri” dedikdə, o, daxili işlər naziri və müdafiə naziri də daxil olmaqla, yüksək rütbəli məmurları impiçment etməyə çalışan, “dövlətin işini iflic edən” müxalifəti nəzərdə tutur.

Bunun ardınca Quru Qoşunlarının Baş Qərargah rəisi general Pak An Su hərbi vəziyyət fərmanının icrasına cavabdeh təyin edilib. Hərbi rejimin tələblərinə əsasən, bütün siyasi fəaliyyətlər (parlamentin işi də daxil olmaqla), istənilən mitinq və tətillər qadağan edilib, hərbi vəziyyət müddətində KİV hərbçilərin nəzarətinə keçəcək, saxta xəbərlərin yayılması, ictimai rəyin manipulyasiyası və yalan təbliğat qadağan olunub.

Hərbi vəziyyət rejimi bir neçə saat sürüb. Deputatlar parlament zalına toplaşaraq prezidentin sərəncamının dəyişməsinə səs veriblər. Bunun üçün adi səs çoxluğu kifayət edib. Parlamentin binası qarşısında “Hərbi vəziyyət rejiminə yox!”, “Diktaturanı devirəcəyik!” kimi şüarlar səslənib.

Polis əməkdaşları ilə etirazçılar arasında qısa qarşıdurmada yaşanıb.

Bu hadisələrin arxasında Şimali Koreya, yoxsa Yun Sok Yolun səlahiyyətindən sui-istifadə halları durur?

O, 2022-ci ildə prezident seçilib, "Xalqın Gücü" Partiyasının təmsilçisidir. Seçkiqabağı təbliğatı zamanı antikorrupsiya proqramı ilə çıxış edib. Çünki o, bundan öncə hüquq-mühafizə orqalanrında müxtəlif vəzifələrdə, o cümlədən baş prokuror işləyib. Həmin dövrdə Yun Sok Yol korrupsiya və müxtəlif cinayət əməllərində əli olmuş yüksək vəzifəli dövlət məmurlarını cəzalandırmaqdan çəkinmyib. Onun prokuror olduğu dövrdə keçmiş prezidentlər Li Myon Bak korrupsiyaya görə 15 il, Pak Kın Xe isə eyni cinayət üzrə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Yun Sok Yolun adı seçkiqabağı kampaniya dövründə qalmaqallarda hallanıb. Məlum olub ki, o, hüquq-mühafizə orqanlarında işlədiyi dövrdə rəqiblərini təqib edib. Debatlar və müzakirələr zamanı isə qarşı tərəfə psixoloji təsir etmək üçün şamanların üstün qabiliyyətindən yararlanıb.

O, 1980-1988-ci illərdə prezident olmuş, ifrat sağ təmayüllü, hərbi diktatura qurmuş Çon Du Xvanın fəaliyyətini bəyəndiyini elan etsə də, sonradan üzr istəmişdi.

Bu məsələdə hakimiyyəti qorumaq istəyi var? Cənubi Koreya konstitusiyasına əsasən, prezident namizədliyini təkrar, ikinci beş il müddətə irəli sürə bilməz.

Bununla belə, yerli təhlilçilər hesab edirlər ki, Yun Sok Yolun nüfuzu azalır. O, 48,6 faiz səslə prezident seçilsə də, indi onun reytinqi daha azdır. Seçicilər idarəetmədə onun şəffaflıq və səmərəlilik dəyərlərinə əməl edəcəyinə inanırdılar. Onların fikrincə, prezident cəmiyyətin ona olan etimadını doğrultmayıb.

Y.S.Yol Şimali Koreya ilə münasibətlərin gərginləşməsinə görə də tənqid edilir. Çünki sələfi, keçmiş prezident Mu Cje İnin Şimali Koreya ilə yaxınlaşma siyasəti aparırdı. Bu sülh prosesi uğursuzluqla başa çatsa da, bütün hallarda yaxınlaşma üçün addım atılmışdı.

Hesab edirlər ki, ikiillik hakimiyyəti dövründə Yol idarəetmədə uğur əldə etməyib. Bir zamanlar korrupsiyaya qarşı amansız mübarizliyi ilə seçilən prezidentin adı indi korrupsiya qalmaqallarında hallanır. Həyat yoldaşının “Dior” əl çantası ən qalmaqalı hadisələrdən sayılır. O, bu aksesuarla ictimaiyyət qarşısına çıxıb. Ondan bu çantanı necə əldə etdiyini soruşublar. Yolun həyat yoldaşı “hədiyyə” olduğunu deyib.

Ölkə qanunlarına görə, məmurların və ailə üzvlərinin kimdənsə bahalı hədiyyələr qəbul etməsi qadağandır. Düzdür, Prezident bu hadisə ilə bağlı üzr istəyib. Ancaq parlament onu məsələyə müdaxilədə ittiham edib.

Koreyada azlığın hökuməti qurulub. Sonuncu parlament seçkilərində şərti solyönlü Demokratlar Partiyası 300 yerdən 171-ni qazansa da, hökumət qura bilməyib. Onun lideri Li Çje Myon Yun Sok Yolun əsas rəqibi sayılır. Myonun koronavirus pandemiyası zamanı Kyonqido əyalətində uğurlu qubernator olduğu deyilir. Demokratlar Şimali Koreya ilə münasibətlərdə yaranan problemlərin diplomatik yolla həllinin tərəfdarıdırlar.

Müxalifətin tələbinə uyğun olaraq hərbi rejimin tətbiqini təklif etmiş müdafiə naziri Кim Yon Xyon istefa verib. O, xalqdan əməlinə görə üzr istəyib.

Daxili işlər naziri Li San Min də istefaya göndərilib. Prezident, müdafiə və daxili işlər nazirləri, habelə Quru Qoşunları qərargahının rəisi Pak An Suya qarşı “dövlət xəyanəti” üzrə cinayət işi başlanıb.

Cənubi Koreya demokratik quruluşlu respublikadır. Orada söz, fikir, sərbəst toplaşmaq kimi azadlıqlar var. Ona görə bu ölkədə xalqın etiraz səsi, fikri nəzərə alınır. SSRİ dağılmazda əvvəl bu ölkədə ABŞ hərbi bazalarının çıxarılması, Yaponiya ilə münasibətlərə yenidən baxılması və başqa bu kimi tələblərlə etiraz aksiyaları, nümayişlər keçirilirdi.

Bu baxımdan, ölkədə müxalifətin və cəmiyyətin fikirləri nəzərə alınır. Dekabrın 7-də axşam saatlarında parlamentdə prezidentə etimadsızlıq məsələsi müzakirə olunacaq. Bu məsələ ilə bağlı müsbət qərar qəbul olunarsa, onda Yun Sok Yolun prezidentliyi dondurulur, ölkəni baş nazir idarə edir. Konstitusiya Məhkəməsi parlamentin qərarını təsdiqləməyəcəyi halda, o, vəzifə səlahiyyətlərini icra edəcək. Əks təqdirdə, 60 gün ərzində yeni seçkilər keçirilməlidir.

Koreya Respublikası problemlərin həllində demokratiyanın ən uğurlu vasitə olduğunu isbatlayır. Bu vəziyyətdən sui-istifadə hallarının olması ehtimalı da var. Çünki hadisələrdə Şimali Koreya, “kommunist düşüncəsi” ilə bağlı məsələlərin vurğulanması xarici müdaxilənin olduğundan da xəbər verir.

Şimali Koreya lideri Kim Çen Inın dostu Bəşşar Əsəd hakimiyyətinə qarşı müxalifətin başladığı əməliyyatda Uzaq Şərq ölkəsindəki siyasi proseslərə təsir göstərə bilər.

Dekabrın 5-də isə Çin ABŞ-nin 13 müdafiə müəssisəsi və altı rəhbərinə qarşı sanksiya tətbiq edib. Bildirilib ki, rəsmi Pekin bu addımı ABŞ-nin Tayvana silah satışına cavab olaraq atıb.

Şimali Koreya və Cənubi Koreyanın müttəfiqlərinin, tərəfdaşlarının Yaxın Şərqdə toqquşduğu bir zamanda bu maraqların Uzaq Şərqdə də üz-üzə gəlməsi mümkündür. Respublikada prezidentin atdığı yanlış addımlardan qarşı tərəf uğurla istifadə edir.

Ehtimal etmək olar ki, Yun Sok Yola etimadsızlıq göstəriləcəyi halda, demokratların lideri Li Çje Myon 60 gündən sonra siyasi kampaniyanın qalibi olar. Belə şəraitdə isə Şimalla Cənubun münasibətlərinin normallaşmasının vasitəçiləri də dəyişə bilər. Çünki 2019-cu ilin yayında ABŞ-nin ovaxtkı Prezidenti Donald Tramp koreyaların liderlərinin görüşməsində fəal idi. O, yenidən seçilib. Təşəbbüsün təkrar Trampın əlinə keçməsi üçün belə çoxgedişli plan da qurula bilər.

Görünür, Şimali Koreyanın cənublu qardaşlarının üzərinə zibil “bombaları” göndərməsi də indiki hadisələrə xidmət edirmiş.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri