Cənubi Koreya məhkəməsi Yun Seok yeolla bağlı qərar verəcək
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Məhkəmə ya Prezidentin vəzifədən həmişəlik uzaqlaşdırılacağına, ya da yenidən hakimiyyətə qaytarılacağına hökm verəcək
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi dekabrda hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra istefaya getməyə məcbur olan Prezident Yun Seok-yeolun işi üzrə aprelin 4-də qərar çıxaracaq. AYNA.AZ “New York Times”a istinadən xəbər verir ki, məhkəmə ya onun vəzifədən həmişəlik uzaqlaşdırılacağına, ya da yenidən hakimiyyətə qaytarılacağına hökm verəcək.
"Prezidentin vəzifədən kənarlaşdırılması üçün səkkiz hakimdən ən azı altısının razılığı tələb olunur. Əks halda o, səlahiyyətlərini bərpa edəcək", - nəşr yazıb.
“The New York Times” qeyd edib ki, məhkəmənin qərarı müsbət olarsa, Yoon Seok-yeol Cənubi Koreya tarixində 2017-ci ildə Pak Kın Hedən sonra impiçment yolu ilə vəzifəsini tərk edən ikinci prezident olacaq. 3 dekabr 2024-cü ildə Prezident ölkədə Şimali Koreya ilə mübarizənin zəruriliyini əsas gətirərək ölkədə hərbi vəziyyət elan edib. Daha sonra Cənubi Koreya prokurorları onu üsyanda ittiham ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















