Icma.az
close
up
RU
Cənubi Koreya müxalifəti Prezidentdən sonra Baş nazirin də impiçmentini istəyir AZƏRTAC

Cənubi Koreya müxalifəti Prezidentdən sonra Baş nazirin də impiçmentini istəyir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 24 dekabr, AZƏRTAC

Cənubi Koreyanın əsas müxalif qüvvəsi olan Demokratiya Partiyası parlamentdə dövlət başçısının 2-ci cəhddə impiçmentinə nail olduqdan sonra indi də Baş nazir Han Duk Sunun vəzifədən uzaqlaşdırılmasını istəyir.

AZƏRTAC xəbər verir ki, Demokratiya Partiyası Baş nazir Han Duk Sunun Prezident Yun Sok Yola və birinci xanıma qarşı irəli sürülmüş iki xüsusi istintaq qanun layihəsini təsdiqləməkdən imtina etməsindən sonra onun impiçmentinə başlamaq barədə qərar qəbul edib. Bu qanun layihələri Prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsini və birinci xanımın korrupsiya əməllərini araşdırmaq üçün xüsusi istintaqın başlamasını nəzərdə tutur.

“Biz prezident səlahiyyətlərini icra edən Baş nazirə qarşı dərhal impiçment prosesinə başlayacağıq”, - deyən Demokrat Partiyasının parlament qrupunun rəhbəri Park Çan De Baş naziri sözügedən qanun layihələrinə qarşı durmaqda ittiham edib.

Demokrat Partiyası bir müddət əvvəl də açıqlama yayaraq, qanun layihələrini imzalamayacağı təqdirdə Baş nazirin impiçmentinə başlaya biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, Cənubi Koreya parlamentində üstünlüyü olan müxalifət Demokratiya Partiyasının təşəbbüsü və liderliyi ilə dekabrın 14-də Prezident Yun Sok Yolun impiçmentinə nail olub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri