Cənubi Koreya müxalifəti prezidentin impiçmenti prosesinin başlandığını elan edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreya müxalifəti bu gündən etibarən prezident Yun Sok Yolun impiçment prosesinin başlandığını elan edib.
APA-nın xəbərinə görə, bu barədə “Yonhap” İnformasiya Agentliyi məıumat yayıb.
Y. S. Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda fövqəladə vəziyyət elan edib. Bir qədər sonra isə müxalifətin və xalqın təzyiqləri nəticəsində qərar ləğv olunub.
Bundan sonra Parlamentdə çoxluğa sahib olan Liberal-Demokrat Partiyası Cənubi Koreya liderini vəziyyətin sabitləşdirilməsi üçün istefaya çağırıb.
Xatırladaq ki, Yun Sok Yol impiçmentə məruz qalarsa bütün imtiyazlardan məhrum ediləcək və onun taleyi ilə bağlı yekun qərarı məhkəmə çıxaracaq.
O vəzifəsini itirsə ölkənin idarəçiliyi müvəqqəti olaraq Nazirlər Kabinetinə həvalı olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















