Cənubi Koreya müxalifətinin lideri prezidenti istefaya çağırıb
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının sədri Li Çje Myon prezident Yun Sok Yeolun istefa verməli və ya impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.
“Vəziyyəti həll etməyin başqa yolu yoxdur – dərhal istefa və ya impiçment nəticəsində vəzifəyə vaxtından əvvəl xitam vermək”, – Myon bildirib.
Onun sözlərinə görə, prezidentin xalqa müraciəti həmvətənlərinin ümidlərini doğrultmadı və yalnız qəzəb hissini gücləndirdi.
İmpiçment və onun Konstitusiya Məhkəməsində təsdiqi halında, 60 gün ərzində yeni seçkilər təyin ediləcək.
Azpost.info

Cənubi Koreyanın müxalifət lideri yenidən prezidenti istefaya çağırıb
07 Dekabr 2024 10:21
Cənubi Koreya prezidenti istefaya göndərilir?
05 Dekabr 2024 12:26
Cənubi Koreya prezidenti istefaya göndərildi
14 Dekabr 2024 12:43
Cənubi Koreya XİN rəhbəri təcili iclas çağırıb
03 Dekabr 2024 18:58

