Cənubi Koreya Prezidenti Kim Çen İn və Tramp arasında görüş ideyasını dəstəkləyib
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Koreya Respublikasının Prezidenti Li Çje Myon Şimali Koreya və ABŞ liderləri Kim Çen İn və Donald Trampın mümkün görüşünə müsbət yanaşır.
Bakıvaxtı.az-ın məlumatına görə, Çje Myon bu barədə CNN telekanalına müsahibəsində bildirib.
"Mənim fikrimcə, əgər ABŞ və Şimali Koreya liderləri gözlənilmədən görüşsələr, bu, yaxşı olardı", - deyə Li Çe Myon söyləyib.
"Mən hesab edirəm ki, Prezident Tramp qlobal sülhə nail olmaq istəyir, buna görə də ondan Koreya yarımadasında sülhməramlı rolunu üzərinə götürməsini xahiş etdim," – deyə Li Çje Myon bildirib.
Cənubi Koreya lideri 25 avqust tarixində keçirilən sammit zamanı Trampın sülhməramlı ola biləcəyini və özünün də ona "tempi qorumaqda" kömək edəcəyini söyləmişdi.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya arasında 25 avqustda keçirilən sammitdə Donald Tramp 2025-ci ildə Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək istədiyini deyib. O vaxtdan bəri Cənubi Koreya mediası və ekspertləri ehtimal edirlər ki, Donald Tramp və Kim Çen İn oktyabrın sonunda Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti zamanı 2019-cu ildə olduğu kimi, Koreya yarımadasının sərhədində görüşə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















