Cənubi Koreya prezidenti ölkədəki hərbi vəziyyəti ləğv edib YENİLƏNİB
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreya prezidenti Yun Sok-Yöl ölkədə bir neçə saat əvvəl tətbiq etdiyi hərbi vəziyyət rejiminin sona çatdığını elan edib.
APA xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Bundan öncə ölkə parlamenti hərbi vəziyyət tətbiqinə qarşı çıxıb.
“Reuters”in məlumatına görə, dekabrın 3-də axşam saatlarında mühasirəyə alınmış parlament binasına daxil ola bilən 300 deputatdan 190-ı onun ləğvinə səs verib.
Cənubi Koreya konstitusiyasına görə, deputatların əksəriyyəti səs verərsə, ölkə parlamenti fövqəladə vəziyyət rejimini ləğv etmək hüququna malikdir.
***
23:38
03.12.2024
Cənubi Koreya prezidenti Yun Sok-Yöl ölkədəki hərbi vəziyyəti ləğv edəcək.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, yaxın saatlarda hökumətin iclası keçiriləcək.
Baxış sayı:58
Bu xəbər 04 Dekabr 2024 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















