Icma.az
close
up
RU
Cənubi Koreya prezidenti parlamentə girmək üçün hərbçilərə atəş açmaq əmri verib

Cənubi Koreya prezidenti parlamentə girmək üçün hərbçilərə atəş açmaq əmri verib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol dekabrın 3-4-də hərbi vəziyyət dövründə hərbçilərə atəş açmalı olsalar belə, qapıları sındırmaq və deputatları parlamentdən çıxarmaq əmri verib.

Bizimyol.info xəbər verir ki, bu barədə dekabrın 27-də prokurorluğun materiallarına istinadən “Çosun İlbo” qəzeti məlumat yayıb.

Bir gün əvvəl prokurorluq Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yonq Hyuna qarşı üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüb. Prokurorluq araşdırmasının nəticələrinin bir hissəsini açıqlayıb. “Lazım olsa atəş açmaqla belə, qapıları sındırın və içəri girib deputatları çıxarın. Qapını balta ilə sındırmalı olsanızda, içəri girin”, - deyə prokurorluq prezident əmr verdiyini bildirib.

"Hərbi vəziyyət ləğv edilsə belə, ikinci və üçüncü dəfə elan edə bilərəm, buna görə də davam edin", - deyə Yoon Seok Yeol hərbçilərə bildirib.

“Hanqyore” qəzetinin məlumatına görə, o, bu barədə paytaxtın müdafiə komandanlığının rəhbəri Li Cin-Vuya əmr verib. Prezidentin hərbi vəziyyət elan etməsindən bir neçə saat sonra parlament onu ləğv edib.

Dekabrın 28-də prezidentin vəkili Yoon Gap Geun buna cavab verib. “Başa düşmürəm, bu ittiham prezidentə, yoxsa nazirə qarşı irəli sürülüb? Sursat yox idi, necə atəş aça bilərdilər?”, - deyə YTN telekanalı onun sözlərindən sitat gətirib. Yoon Gap-geun prokurorun məlumatlarını “birtərəfli ifadələr” adlandırıb.

Dekabrın 10-da Ordunun Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının hazırda vəzifəsindən kənarlaşdırılan rəhbəri Kvak Jung-geun bildirib ki, Koreya Respublikasının prezidenti Yoon Seok Yeol hərbi vəziyyəti ləğv etmək üçün səsverməni pozmaq məqsədi ilə Milli Assambleya üzvlərinin parlament binasından çıxarılmasına göstəriş verib. Zabit iddia edib ki, prezidentin özü ona qapalı əlaqə ilə zəng edib və içəri girib deputatları çıxarmağı əmr edib.

Dekabrın 6-da Kvak Jung-geun əmrlərin qanuniliyinə şübhə etdiyi üçün onlara tabe olmamaq qərarına gəldiyini və həqiqi döyüş sursatı paylanmasını qadağan etdiyini bildirib.

Müxalifət partiyasının deputatı dekabrın 19-da Müdafiə Nazirliyinin hesabatına istinadən bildirib ki, xüsusi təyinatlılara anbar yerlərindən nəinki boş, hətta həqiqi sursat da ayrılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri