Icma.az
close
up
RU
Cənubi Koreya Prezidenti Yun Sok Yol istintaqa ifadə vermək istəmir AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok Yol istintaqa ifadə vermək istəmir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 16 yanvar, AZƏRTAC

Cənubi Koreyada qısamüddətli hərbi vəziyyətlə əlaqədar qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində saxlanılan Prezident Yun Sok Yol müstəntiqlərə ifadə verməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, yanvarın 16-da səhər saatlarına təyin olunan, sonradan günortaya keçirilən dindirilmədən əvvəl Prezidentin vəkilləri istintaq qrupuna Yun Sok Yolun ifadə verməyəcəyini bildirib. Vəkil Yun Qap Kın “Yinhap” agentliyinə açıqlamasında deyib ki, Prezident dindirilmədə iştirak etmək istəmir. “Prezident Yun dünən mövqeyini tam izah edib, buna görə ondan soruşulası heç nə yoxdur”, - deyə vəkil bildirib.

Bundan başqa, Prezidentin vəkilləri onun saxlanılma orderinin qanuniliyini dəqiqləşdirmək üçün iddia qaldırıblar. Məsələyə Seul mərkəzi məhkəməsində baxılacaq. Əgər məhkəmə hesab etsə ki, həbs qanunsuzdur, onda Prezident sərbəst buraxılacaq.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə şübhəsi ilə başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. O, yanvarın 15-də ilk dindirilmə zamanı ifadə verməkdən imtina edib. Qanunvericiliyə əsasən, Prezident 48 saat ərzində dindirilmə üçün Seul istintaq tərcridxanasında saxlanılacaq. Saxlanma müddətinin uzadılması üçün daha bir həbs orderi lazım olacaq. İstintaq qrupu ölkədə hərbi vəziyyət elanı ilə əlaqədar 200 səhifəlik suallar hazırlayıb. Bura qəfil hərbi vəziyyətin elan edilməsinin səbəblərinə, hərbçilərin mərkəzi seçki komissiyasının binasına girməsi üçün əmr verilməsinə, parlamentin işinin pozulmasına dair suallar daxildir.

Yun Sok Yol prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Düzdür, Yun Sok Yol haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, hələ Konstitusiya Məhkəməsi impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar ilk iclas keçirib. Prezident və ya onun hüquqi nümayəndələri iştirak etmədiyindən iclas cəmi 4 dəqiqə çəkib. Buna baxmayaraq, artıq proses başlanmış hesab olunur. Növbəti dinləmə yanvarın 16-da keçiriləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri