Cənubi Koreya Prezidentinin mühafizəsi onu həbs etmək cəhdi zamanı atəş aça biləcək
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Koreya Respublikasının Prezidenti Yun Sok Yolun mühafizəsinə onu həbs etmək cəhdi zamanı odlu silahdan istifadəyə icazə verilib.
“Report” xəbər verir ki, bu barədə TASS parlamentdə çoxluq təşkil edən Toburo Demokrat Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl yanvarın 3-də Konstitusiya Məhkəməsində prezidentin vəkilləri və dekabrda prezidentin hakimiyyətdən kənarlaşdırılmasına səs verən Milli Assambleya (parlament) nümayəndələrinin iştirakı ilə impiçment üzrə ikinci ilkin dinləmə keçirilib.
Parlament rəsmiləri məhkəmə qərarına baxmayaraq, hüquq-mühafizə orqanlarının Yun Sok Yolu həbs edə bilmədiklərinə görə üsyanın davam etdiyini söyləyib. Yolun vəkilləri israrla bildiriblər ki, dövlət başçısının hərəkətlərinin cinayət xarakterini göstərmək üçün sübutlar “üsyan” ifadəsindən istifadə etməyə imkan vermir.
Konstitusiya Məhkəməsi yanvarın 14-də ölkə Prezidenti Yun Sok Yolun impiçmenti üzrə məhkəmə prosesində ilk şifahi müzakirə keçirəcək.
Qeyd edək ki, dekabrın 3-ü axşam saatlarında Yol Şimali Koreya tərəfdarı ünsürlərə və icra hakimiyyətinin iflic vəziyyətinə qarşı mübarizə aparmaq üçün onilliklər ərzində ilk dəfə hərbi vəziyyət tətbiq edib, amma rejim qüvvəyə minəndən təxminən altı saat sonra qaldırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















