Cənubi Koreya vətəndaşlarının Venesueladan təxliyəsi nəzərdən keçirilir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreya Prezidenti Li Cemyön müvafiq qurumlara ölkə vətəndaşlarının ehtiyac olarsa Venesualadan təxliyəsi üçün plan hazırlamağı tapşırıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə Prezident ofisi – “Mavi saray” açıqlama yayıb.
“Prezident Li Cemyön səlahiyyətli qurumlara Venesueladakı Cənubi Koreya vətəndaşlarının hərtərəfli qorunmasını təmin etməyi və vəziyyətin daha da pisləşməsi halında tez bir zamanda həyata keçirilə bilməsi üçün təxliyə planlarını hazırlamağı tapşırıb”, - deyə “Mavi saray”ın açıqlamasında qeyd olunur. Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar təcili iclas keçirib.
Bildirilir ki, Venesuelada hazırda təxminən 70 Cənubi Koreya vətəndaşı var. ABŞ-nin zərbələri nəticəsində koreyalılardan xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















