Cənubi Koreya yeraltı bunkerləri vura bilən raketi silahlanmaya qəbul edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Cənubi Koreya yeraltı hədəfləri, o cümlədən bunkerləri, həmçinin dağlardakı mağaralarda və yeraltı tunellərdə yerləşdirilən uzaqmənzilli artilleriyanı vura bilən yeni taktiki yer-yer ballistik raketini silahlanmaya qəbul edib.
APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumatda bu addımın Koreya Xalq Demokratik Respublikasından mümkün təhlükənin qarşısını almaq məqsədi daşıdığı bildirilib. Yeni taktiki ballistik raket 180 km uçuş məsafəsinə malikdir.
Cənubi Koreyada xüsusi narahatlıq doğuran məsələ ölkənin təqribən 51 milyon insanın yaşadığı paytaxt bölgəsinin Şimali Koreyanın artilleriyasının atış məsafəsində olmasıdır.

Cənubi Koreya kəşfiyyatı
01 May 2025 07:23
Cənubi Koreya Prezidenti müdafiə nazirinin istefasını qəbul edib
05 Dekabr 2024 08:52
Cənubi Koreya prezidenti müdafiə nazirinin istefasını qəbul edib
05 Dekabr 2024 04:36
Cənubi Koreya yeni zenit raketi üzərində işə başlayıb
19 Sentyabr 2025 08:17

