Cənubi Koreyada böhran davam edir: Prezident Yeolun həbsinə gedən qrupa müdaxilə
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyada iqamətgahı qoruyan təhlükəsizlik qüvvələri keçmiş prezident Yoon Suk Yeol-u həbs etməyə gedən müfəttişlər qrupuna icazə vermir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, həbs qrupu hələ də içəri girə bilməyib.
İşdən çıxarılan prezidenti dəstəkləyən qrup da şüarlar səsləndirərək həbs qərarına etiraz edib.
Belə ki, Cənubi Koreyada hərbi vəziyyət tətbiq etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan prezident Yoon Suk Yeol üçün həbs qərarı verilib.
Seul Qərb Bölgəsi Məhkəməsinin “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” şübhəsi ilə apardığı istintaqda barəsində həbs qərarı çıxarılan Yeolun iqamətgahına girməyə cəhd edən müstəntiqlər hərbi güclə qarşılaşıblar.
Səlahiyyətlilər hələ evə buraxılmasa da, əraziyə çoxlu polis əməkdaşları göndərilib. Məhkəmə həmçinin prezident iqamətgahında axtarış elan edib.
Yoon dekabrın 18, 25 və 29-da 3 dəfə ifadə verməyə çağırılıb, lakin onun cavab vermədiyi bildirilib və məhkəmə onun həbsini istəyib.
Yoon Suk Yeol bu yaxınlarda vəkili vasitəsilə tərəfdarlarına mesaj göndərərək sona qədər mübarizə aparacağını bildirib.
Orxan Saffari
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Yanvar 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















