Cənubi Koreyada hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri istefa verib
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreyada prezident Yoon Suk Yeol ona dekabrın 3-nə keçən gecə hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq-hyun istefasını qəbul edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Yoonun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səsverməsi, daha sonra isə nazirlər şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.
Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib:
“Hərbi vəziyyətlə bağlı vəzifələrini yerinə yetirən əsgərlərin bütün təlimatları nazirdən aldığını” deyən Kim, bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edərək, istefa vermək niyyətini Yoona çatdırıb.
Bu arada, müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək, Yoonun impiçment prosesini başlatan vəsatət təqdim ediblər.
Orxan Saffari
Baxış sayı:129
Bu xəbər 05 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















