Cənubi Koreyada impiçment müzakirələri: Öz partiyası prezident Yoona arxa çevirdi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət qərarı ilə bağlı müzakirələr davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Parlamentdə hərbi vəziyyət qərarı ləğv edilən prezident Yoona qarşı impiçment prosesi başlanıb.
Daha əvvəl impiçment prosesini dəstəkləməyəcəklərini bəyan edən hakim partiya qərarını dəyişib.
Xalq Gücü Partiyasının (PPP) lideri Han Dong-hoon, prezident Yoon Suk Yeolun hərbi vəziyyət çərçivəsində tanınmış siyasətçilərin həbsinə göstəriş verdiyini açıqladı və “Yeni ortaya çıxan faktlar fonunda Prezident Yoon azad edilməlidir. Koreya Respublikasını və xalqını qorumaq üçün dərhal vəzifələrini yerinə yetirməlidir” deyib.
Əvvəlki açıqlamalarında Yoonun hərbi vəziyyət tətbiqini ‘yanlış’ olaraq xarakterizə edən Han, Yoonun vəzifədən azad edilməsi üçün müxalifətin parlamentə təqdim etdiyi təklifin qarşısını almaq üçün hələ də səy göstərəcəyini bildirib.
Yoonun hərbi vəziyyət elanını müdafiə etmək üçün bu qərarı vermədiyini vurğulayan Han, “Partiya lideri olaraq, mümkün bir siyasi xaosun ictimaiyyətə zərər verməməsi üçün sözügedən işdən çıxarılma təklifinin qəbul edilməməsi üçün çalışacağam”,- deyə bildirib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















