Icma.az
close
up
RU
Cənubi Koreyada insanlar prezident Yoonun istefasını tələb etmək üçün küçələrə axışıb

Cənubi Koreyada insanlar prezident Yoonun istefasını tələb etmək üçün küçələrə axışıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyada müxalifət partiyalarının dekabrın 3-də hərbi vəziyyət elan edilməsi səbəbiylə prezident Yoon Suk Yeolun istefaya göndərilməsi ilə bağlı parlamentə təqdim etdikləri impiçment təklifinə səsvermədən bir müddət əvvəl insanlar Yoonun işdən çıxarılmasını tələb etmək üçün ölkə boyu küçələrə axışıblar.

Bizimyol.info xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, Yoonun impiçment təklifi parlamentdə səsverməyə başlamazdan qısa müddət əvvəl ölkə daxilində etirazlar davam edir.

Polis səlahiyyətliləri, Milli Məclis yaxınlığında təxminən 85 min adamın toplaşdığı təxmin edildiyini bildirdi. Ölkənin digər bölgələrində də insanlar Yoonun işdən çıxarılmasını tələb edirlər.

Cənubi Koreyadakı müxalifət partiyalarının prezident Yoonun qısamüddətli hərbi vəziyyət elan edilməsi səbəbindən vəzifədən azad edilməsi ilə bağlı parlamentə təqdim etdiyi təklif bu gün səsə qoyulacaq. Təklifin qəbul edilməsi üçün parlament üzvlərinin ümumi sayının 2/3-ni təşkil edən 200 deputatın lehinə səsvermə tələb olunur. Milli Assambleyada 300 yerdən 192-nə sahib olan müxalifət blokunun ixtisaslı çoxluğu təmin etmək üçün hakim Xalq Gücü Partiyasından (AXP) ən azı 8 deputatın dəstəyinə ehtiyacı var.

İndiyədək AXP-dən olan 7 deputat bu təklifi dəstəklədiyini bəyan edib və hakim partiyadan daha bir deputat onu dəstəkləyərsə, səsvermədə təklif qəbul oluna bilər.

Prezident Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etdi, lakin parlamentin qərarın ləğvinə səs verməsindən sonra geri addım atdı.

Yoon müxalifəti "hökumətin fəaliyyətinə mane olmaqda" günahlandırıb və hərbi vəziyyət "Şimali Koreya tərəfdarı qüvvələri aradan qaldırmaq və konstitusiya azadlıq quruluşunu qorumaq məqsədi daşıyır", deyib.

Hərbi vəziyyət elan edildikdən sonra Müdafiə Nazirliyi orduda olan komandirləri görüşə çağırıb və ayıq-sayıq olmağa çağırıb. Digər tərəfdən, “hərbi vəziyyət qoşunları” kimi təyin edilmiş əsgərlərin Milli Məclisə daxil olduğu bildirilib.

Milli Məclisdə keçirilən fövqəladə iclasda hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib. Milli Assambleyanın Sədri səsvermədən sonra hərbi vəziyyətin “qüvvəsiz” olduğunu elan edib.

Bunun üzərinə Yoon Nazirlər Şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see322

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see133

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see133

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see130

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see124

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see118

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri