Cənubi Koreyada müxalifət partiyanın lideri parlamentdə 24 saat çıxış edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Cənubi Koreya Milli Məclisinin müxalif Vətəndaş Gücü Partiyası fraksiyasının lideri Çan Don Hök qiyam barədə iş ilə bağlı tribunal layihəsi üzrə səsvermənin qarşısını almaq üçün parlamentində 24 saat danışaraq rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinin ilkin versiyası hüquqi dairələrin tənqidinə səbəb olduğu üçün yenidən baxılaraq Koreya Respublikasının Milli Məclisinə təqdim edilib. Plenar iclasda kürsüyə qalxan Çan Don Hökün 24 saat davam edən çıxışı prosedur qaydalarına istinad edən digər üzvlərin səs çoxluğu ilə dayandırılıb.
Hakim “Toburo” partiyası tərəfindən təqdim edilən və azı iki hakim qrupundan ibarət tribunalın yaradılmasını nəzərdə tutan qanun layihəsi Çan Don Hökün cəhdinə baxmayaraq qəbul edilib. Cənubi Koreya parlamentinin 300 üzvündən 175-i sənədin lehinə səs verib. Tribunal ölkədə hərbi vəziyyətlə bağlı hadisələrdə iştirak edən şəxslərin işinə baxacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Koreyanın sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya prokurorluğu onu qiyamda günahlandıraraq vəzifədən kənarlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















