Cənubi Koreyada nazirliyin internet saytlarına kiberhücum edilib
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Cənubi Koreyada nazirliyin rəsmisi verdiyi açıqlamada noyabrın 5-i çərşənbə axşamı saat 17.30 radələrində Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücum edildiyini açıqlayıb.
Rəsmi nazirliyin DDoS (distributed denial of service) hücumuna məruz qaldığını və bu hücuma görə saytın bir müddət xidmətdən kənar qaldığını bildirib.
Cənubi Koreya İnformasiya Resursları Xidmətinin rəsmisi ölkədəki bir çox nazirliklərin internet saytlarına kiberhücumların olduğunu açıqlayıb: “Hücumlar artıq bitmiş kimi görünür, lakin onlar tam bitmədiyi üçün biz işləməyə davam edəcəyik”, - deyib.
Nazirlik internet saytlarına kiberhücumların adi hal olmadığını bildirən rəsmi, hücum edənlərin İP ünvanlarının bloklandığını açıqlayıb.
Baş Qərargahın internet saytında əlaqə problemi yaşandıqdan sonra Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başladı. Səlahiyyətlilər hücumun arxasında kimin ola biləcəyini araşdırır.
Cənubi Koreyanın kibertəhlükəsizliyə nəzarət orqanı Şimali Koreyadan mümkün kiberhücumlara qarşı xəbərdarlıq etmiş və yerli təşkilatları və müəssisələri məlumatların qorunmasına hazırlıqlarını artırmağa çağırmışdı.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















