Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar erkən səsvermə başlayıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 22 may, AZƏRTAC
Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə təyin olunmuş prezident seçkiləri ilə əlaqədar erkən səsvermə prosesi başlayıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, ilkin səsvermədə ölkə hüdudlarından kənarda yaşayanlar üçün təşkil olunur. Xaricdəki koreyalılar ölkələrinin diplomatik nümayəndəliklərində səs verirlər. Qaydalara görə, 6 gün davam edəcək erkən səsvermədə iştirak üçün 258 min seçici qeydiyyata alınıb. Erkən səsvermə üçün 118 ölkədə 223 səsvermə məntəqəsi yaradılıb. Ən çox seçici Çində, Yaponiyada və ABŞ-da qeydiyyata alınıb.
Qeyd edək ki, Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar 7 nəfərin namizədliyi qeydə alınıb. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur. Ekspertlər prezident vəzifəsi uğrunda mübarizənin məhz bu iki namizəd arasında gedəcəyini düşünürlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 22 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















