Cənubi Koreyada qar fırtınası həyatı iflic edib: 4 nəfər ölüb
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyada yağan güclü qar nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib.
Gununsesi.infoxəbər verir ki, güclü qar hava, dəniz və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib.
Bu gün 142 reys ləğv edilərkən, 76 marşrut üzrə 99 bərə reysləri dayandırılıb.
Wonju şəhərində buz bağlaması nəticəsində 53 avtomobilin iştirak etdiyi zəncirvari qəzada 11 nəfər yaralanıb.
Koreya Meteorologiya İdarəsinin (KMA) məlumatına görə, Seulun Qvanak rayonunda qarın qalınlığı 40,2, Seongbuk rayonunda isə 27,1 santimetrə çatıb.
Pyeonqtaekdə qolf meydançasında qar təmizləyərkən bir nəfər çökən tikilinin altında ölüb.
Dayanacaqda tentenin uçması nəticəsində bir nəfər ölüb. Güclü qar yağışı nəticəsində ümumi can itkisi 4-ə yüksəlib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















