Icma.az
close
up
RU
Cənubi Koreyada sabiq prezidentin həbsinə ikinci cəhd göstəriləcək AZƏRTAC

Cənubi Koreyada sabiq prezidentin həbsinə ikinci cəhd göstəriləcək AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Cənubi Koreyalı müstəntiqlər ölkənin sabiq prezidenti Yun Sok-Yolu həbs etmək üçün ikinci cəhdə hazırlaşacaq.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Sun deyib. Məmur sabiq prezidentin ikinci həbs qərarının nə vaxt verilə biləcəyini dəqiqləşdirməyib.

O Don Sun sabiq dövlət başçısının həbsi ilə bağlı birinci cəhdin uğursuzluğu ilə bağlı tənqidlərə cavab olaraq üzr istəyib və orada “bir çox gözlənilməz halların” baş verdiyini vurğulayıb.

Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

Bundan sonra Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Yon Hyon və polis baş komissarı Ço Çji Ho da daxil olmaqla, ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksək rütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Dekabrın əvvəlində məhkəmə Yun Sok-Yol haqqında da həbs qərarı çıxarıb. Yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri