Cənubi Koreyada Şimali Koreyanın tərəfdarları ilə mübarizə üçün hərbi vəziyyət elan edilib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, Şimali Koreya tərəfdarlarını hərbi vəziyyət vasitəsilə təmizləyəcəyini bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
Baxış sayı:108
Bu xəbər 03 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















