Cənubi Koreyanı qızmar hava cənginə aldı: 13 nəfər həyatını itirdi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Cənubi Koreyada mövsümün əvvəlindən bəri müşahidə olunan anomal isti hava şəraitinin fəsadları nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "SBS News" Koreya Xəstəliklərə Nəzarət və Profilaktikası Agentliyinə (KDCA) istinadən məlumat yayıb.
Qurumun açıqlamasına görə, mayın 15-dən iyulun 31-dək ölkədə isti hava ilə əlaqədar 1 781 xəstəlik halı qeydə alınıb.
Bildirilib ki, təkcə iyulun 31-də 500-ə yaxın xəstəxananın təcili yardım şöbələrinə 72 nəfər müraciət edib. Həmin gün yeni ölüm faktı qeydə alınmayıb.
Məlumata görə, Yansan şəhərində havanın temperaturu 41.6 dərəcəyədək yüksələrək meteoroloji müşahidələr tarixində yeni rekord müəyyənləşdirib.
KDCA-nın proqnozuna əsasən, Cənubi Koreyada isti hava ilə bağlı yüksək risk avqustun 4-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Avqust 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















