Icma.az
close
up
RU
Cənubi Koreyanın ən böyük kriptobirjasına hücumda “Lazarus” qrupundan şübhələnirlər

Cənubi Koreyanın ən böyük kriptobirjasına hücumda “Lazarus” qrupundan şübhələnirlər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Cənubi Koreya hakimiyyəti ölkənin ən böyük kriptovalyuta birjası olan "Upbit"in sındırılmasında, Koreya Xalq Demokratik Resbublikası (KXDR) hökuməti ilə əlaqələrdə şübhəli bilinən "Lazarus" haker qrupunun rol oynadığından ehtimal edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi dövlət və biznes dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Bir gün əvvəl "Upbit" birjasını idarə edən "Dunamu" şirkəti sistemin sındırıldığını və 44,5 milyard von (30,6 milyon dollar) dəyərində kriptovalyutanın oğurlandığını açıqlayıb. Vərdiş olunmamış kriptocüzdanlara köçürülən aktivlərə görə müştərilərə kompensasiyanın ödənəcəyi bildirilib.

“Chosun Ilbo” qəzeti xatırladır ki, "Upbit" məhz 6 il əvvəl — 27 noyabr 2019-cu ildə də sındırılmışdı. O zaman 58 milyard von (39 milyon dollar) dəyərində virtual aktivlər ələ keçirilmiş və hücumda yenə "Lazarus" qrupundan şübhələnilmişdi. Agetlik yazır ki, hazırkı hücumda da oxşar metoddan istifadə edilib.

Bundan başqa, 27 noyabr "Dunamu" şirkətinin Naver texnoloji konqlomeratına məxsus "Naver Financial" tərəfindən satın alınmasına həsr olunmuş mərasimin keçirildiyi gün idi. Kiber­təhlükəsizlik mütəxəssislərindən biri agentliyə açıqlamasında: “Hakerlər nümayişkaranə davranışa meyllidirlər. Ola bilər ki, tarix təsadüfən seçilməyib və şirkətlərin birləşmə gününün hədəf alınması ilə xüsusi mesaj vermək istəyiblər”, - deyə bildirib.

Cənubi Koreya hakimiyyəti hücumun arxasında "Lazarus" qrupunun dayandığı ehtimalı ilə araşdırma aparmağı planlaşdırır. Digər bir təhlükəsizlik üzrə ekspert deyib ki, qrupun taktikası oğurlanmış kriptovalyutanı müxtəlif birjalardakı cüzdanlara köçürərək "pulun izini itirmək"dir. Onun sözlərinə görə, bu üsul köçürmələri demək olar ki, izlənməyi mümkünsüz edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri