Cənubi Koreyanın müdafiə naziri istefa verdi Xalqdan üzr istədi
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-Hyon istefa verib.
Azpost.info xəbər verir ki, bu barədə “Renxap” agentliyi məlumat yayıb.
Dediyinə görə, o, artıq ölkə prezidenti Yun Sok Yeola müvafiq ərizəni təqdim edib.
Dekabrın 3-də hərbi vəziyyətin tətbiqinin təşəbbüskarlarından biri olan müdafiə naziri ictimaiyyət arasında çaşqınlıq yaratdığına görə vətəndaşlardan üzr istəyib.
“Müdafiə naziri kimi mən məsuliyyəti tam öz üzərimə götürürəm və ictimaiyyətdə hər hansı çaşqınlıq və narahatlıq yaratdığım üçün təəssüflənirəm”, – nazir bildirib.
Hyon Cənubi Koreya ordusunun hərbi vəziyyət zamanı onun əmrlərini yerinə yetirdiyini, buna görə də baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayıb.
“Müdafiə Nazirliyi bundan sonra da insanların və bütün dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələri yerinə yetirəcək”, – o qeyd edib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















