Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı
Cənubi Koreyanın Mərkəzi Seul Rayon Məhkəməsi ölkənin sabiq prezidenti Yun Sok Yolu seçki qanunvericiliyini pozmaqda təqsirli bilərək 18 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məhkəmə Yun Sok Yolu 2022-ci il prezident seçkiləri kampaniyası zamanı, "Xalqın Gücü" Partiyasından namizəd olarkən seçicilərə yalan məlumat verməkdə təqsirli bilib.
Qərara əsasən, ona 3 il sınaq müddəti təyin edilib.
Bildirilir ki, hökm qüvvəyə minərsə və ən azı 1 milyon von (təxminən 685 ABŞ dolları) məbləğində cərimə və ya həbs cəzası qüvvədə qalarsa, qanunvericiliyə əsasən "Xalqın Gücü" Partiyası prezident seçki kampaniyasının xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən aldığı 39,7 milyard vonu (təxminən 27,2 milyon ABŞ dolları) geri qaytarmalı olacaq.
Xatırladaq ki, Yun Sok Yol bundan əvvəl, 12 iyun tarixində, başqa bir cinayət işi üzrə Pxenyana pilotsuz uçuş aparatları göndərərək ölkədə hərbi vəziyyət elan olunmasına bəhanə yaratmaqda təqsirli bilinmiş və 30 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















