Icma.az
close
up
RU
Cənubi Qafqaz üçün gələcək sabit qonşuluq və tərəfdaşlıq...

Cənubi Qafqaz üçün gələcək sabit qonşuluq və tərəfdaşlıq...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bakı yeni dövrün regional inkişaf xəritəsini yaradıb

XX əsrlə XXI əsrin qovşağında, yəni ötən əsrin son 10 ilində dünyada yeni şəkilləndirmə, yeni nizam, yeni inkişaf predmetləri meydana çıxırdı. Uzun illər qəti qırmızı xətt ilə ayrılan qütbləşmə arasındakı “tikanlı məftillər” aradan qalxırdı. Artıq qlobal dünyada yeni sistem formalaşırdı. Belə ki:

- Kontinental inkişaf prosesi yerini regional inkişaf predmetlərinə verirdi - başqa sözlə, qitə maraqları bölgə maraqları ilə əvəz olunurdu;

- Təhlükəsizlik indeksinin parametrləri dəyişirdi - başqa sözlə, qütblərarası siyasi təhlükəsizlik meyarları yerini iqtisadi-ticari təhlükəsizlik proyeksiyasına tapşırırdı;

- İqtisadi təmərküzləşmənin coğrafiyası genişlənirdi - başqa sözlə, dünyada yeni bazar sistemi oturuşurdu ki, bu da “ikili qütb iqtisadi məkanı” anlayışını istisna edirdi.

Bir sözlə, həmin dövr yeni siyasi münasibətlər sisteminin, yeni iqtisadi əlaqələndirmə formatının, yeni əməkdaşlıq platformalarının qurulduğu bir zaman idi. Təxminən 200 illik bir dövrdə işğal altında olan, amma strateji əhəmiyyəti heç bir vaxt gözardı edilməyən Cənubi Qafqaz məhz belə bir zamanda arzuolunmaz konfrantasiyaya cəlb edildi. Ermənistanın işğalçı siyasəti ilk növbədə ümumilikdə Cənubi Qafqazın inkişaf trayektoriyasının qarşısını kəsdi, regionun inkişaf elementlərinin təşviqinə imkan vermədi.

Bakı müharibə şəraitində olsa da, Cənubi Qafqazı diqqət mərkəzinə gətirdi

30 il ərzində davam edən erməni işğalı, Cənubi Qafqazın qeyri-stabil siyasi-hərbi durumu bölgənin iqtisadi potensialının tam açılmasına mane oldu. Düzdür, Azərbaycanın yürütdüyü praqmatik siyasət müəyyən mənada bu situasiyanı dəyişə bildi - Azərbaycan ilə Gürcüstan arasındakı müsbət siyasi dialoq mühiti, iqtisadi əlaqələrin davamlığı, inteqrasiya prosesindəki koordinasiya regionun logistik, geostrateji, geocoğrafi üstünlüklərinin təqdimatına imkan yaratdı. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn “Əsrin müqaviləsi” layihəsi Cənubi Qafqazın qlobal sistem üçün əhəmiyyətini ön plana çıxardı. Ard-arda reallaşan Bakı -Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətlləri, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazın “pasport təqdimatı”na çevrildi. Bakı ilə Tbilisi arasında dərinləşən əlaqələr təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqazın iqtisadi təhlükəsizliyinin təminatçısına çevrildi.  Bu isə növbəti mərhələdə regional inkişaf perspektivinə olduqca mühüm təsir göstərəcək Orta Dəhliz layihəsinin ortaya çıxmasını şərtləndirdi. Bəli, bu gün Cənubi Qafqazın əsas inkişaf predmeti kimi görülən logistik üstünlük ilkin mərhələdə məhz Orta Dəhliz laiyhəsinin yaranması, onun perspetkivi və ortaya çıxardığı nəticələrə əsaslanır.

Post-müharibə reallıqları: qarşıdurma və təcrid siyasətinə alternativ...

2020-ci il Vətən müharibəsi və onun nəticələri isə regionun inkişaf perspektivinə yeni bir mərhələ qazandırdı. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq regionda köhnə qarşıdurma xəttini aradan qaldıraraq əməkdaşlıq və tərəfdaşlıq üçün real zəmin formalaşdırıb - bu isə regional inkişaf strategiyasının artıq 3 dövlət tərəfindən də qəbul edildiyini ortaya qoyur. Bakının təhlükəsizliyin yalnız hərbi güc üzərindən deyil, qarşılıqlı iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya bağlantıları və siyasi dialoq vasitəsilə möhkəmləndirilməsini prioritet elan etməsi, yəni, sülh təşəbbüsləri vasitəsilə Cənubi Qafqaza yeni bir gələcək vədi yeni bir situasiya formalaşdırıb. Azərbaycanın təqdim etdiyi yeni nizam modeli qarşıdurma və təcrid siyasətinə alternativ olaraq bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanır. Bu yanaşma region dövlətlərinin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və iqtisadi inteqrasiyanın təşviqini özündə ehtiva edir. Müharibədən sonrakı dövrdə rəsmi Bakı revanşist ritorikadan uzaq dayanaraq sülh gündəliyini ön plana çıxararaq bu amili Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərti kimi qiymətləndirir.

Regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb

Yeri gəlmişkən, region ölkələrinin ekspertləri, siyasət adamları da eyni mövqeni bölüşür. Məsələn, Gürcüstan parlamentinin keçmiş spikeri, Vahid Gürcüstan-Demokratik Hərəkat partiyasının lideri Nino Burcanadze bildirib ki, Cənubi Qafqazda sülhün bərpa olunması çox vacibdir: “Biz Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyirik. Çox şadam ki, münaqişə dövrü artıq arxada qalıb və regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev torpaqları azad edərək çox böyük iş gördü və onun müdrikliyi sülh müqaviləsinin imzalanmasına da imkan yaradacaq. “Əlbəttə ki, sülh prosesinə mane olmaq istəyən qüvvələr olacaq və bu, heç də asan məsələ deyil. Lakin hər iki dövlətin siyasi iradəsi sülhün dayanıqlı olmasına zəmin yarada bilər. Mən Cənubi Qafqazda sülhün, əmin-amanlığın hökm sürməsinə regionda yerləşən hər 3 dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına və mehriban qonşu dövlətlər olacaqlarına inanıram”, - deyən Burcanadze əlavə edib ki, müstəqil Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərin mehriban qonşuluq və tərəfdaşlıq istiqamətində formalaşmasında Eduard Şevarnadze və Heydər Əliyevin böyük rolu olub: “O dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən hər iki lider milli maraqları üstün tutaraq bu layihənin həyata keçməsinə nail oldular. Sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildi ki, bunlar da dövlətlərimiz arasındakı qarşılıqlı faydalı əlaqələrin inkişafını göstərir”.

Yeni Cənubi Qafqaz...

Regionun bugünkü mənzərəsi aydın şəkildə göstərir ki, sülh, əməkdaşlıq və qarşılıqlı münasibətlər sisteminə yeni baxış Cənubi Qafqaz siyasətinin yeni normasıdır. Azərbaycan bölgədə sabitlik yaradan lider dövlət kimi çıxış edir və bu, uzunmüddətli inkişafın təminatıdır. Hər üç bölgə dövləti:

-  Qlobal əməkdaşlıq prosesinin sürətli inkişafından;

- Azərbaycanın sayəsində əldə edilmiş təhlükəsizlik indeksi üzərindən Cənubi Qafqazın iqtisadi-ticari çəkisinin artmasından;

- 4 cəhət üzrə intqerasiya imkanlarının genişlənməsindən razıdır. Çünki Bakının yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcəyi üçün üç əsas istiqamət müəyyənləşib:

- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;

- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;

- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.

Azərbaycanın təşəbbüsü ilə formalaşan bu reallıq Cənubi Qafqazı qarşıdurma bölgəsindən inkişaf məkanına çevirir. Bakı diplomatiyasının məzmunu “qalib tərəf” deyil, “tərəfdaş region” fəlsəfəsinə əsaslanır. Azərbaycanın rəhbərliyi ilə formalaşan yeni Cənubi Qafqaz modeli həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi təmin edən mühüm mərhələdir. Bu modelin mərkəzində “sülh naminə əməkdaşlıq” prinsipi dayanır. Bakı bölgədəki bütün dövlətlər üçün ortaq iqtisadi, siyasti, ticari və humanitar birlik formatı - dolayısı ilə yeni Cənubi Qafqaz qurur. Bu, geostrateji coğrafi məkanın daha da inkişaf etməsi üçün sabitlik, bərabərlik və qarşılıqlı etimad ən vacib ştrixlərdir. Azərbaycanın diplomatik uzaqgörənliyi və regional məsuliyyəti nəticəsində Cənubi Qafqaz artıq konfliktlər coğrafiyasından çıxaraq sülh, əməkdaşlıq və inkişafın yeni məkanı kimi tarixə daxil olur.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri