Cənubi Qafqaz üçün təhlükə anonsu Azərbaycanı nə gözləyir?
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Azərbaycanın yerləşdiyi geosiyasi məkanın münaqişə potensialı baxımından yüksək risk daşıdığını bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz coğrafi baxımdan klassik “frontir” zonadır və qitələr, hərbi-siyasi və iqtisadi bloklar, eləcə də böyük və güclü dövlətlər arasında yerləşir.
Politoloq məhz bu faktorların regionda münaqişə ehtimalını daim aktual saxladığını qeyd edib.
Mövcud geosiyasi proseslər fonunda Cənubi Qafqazda münaqişə ehtimalı nə dərəcədə realdır?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkan hər zaman riskli olub, bu, dərin tarixi və struktur amillərlə bağlıdır:
“Regionumuzun “klassik frontir zonası” kimi xarakterizə edilməsi dəqiq yanaşmadır. Frontir anlayışı coğrafi sərhədlərlə bağlıdır, lakin həm də maraqların, güclərin və təsir dairələrinin toqquşduğu dinamik məkan mənasını verir. Cənubi Qafqaz Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə yanaşı, eyni zamanda Şimal–Cənub və Şərq–Qərb geosiyasi oxlarının üzərindədir. Bu isə regionu istər-istəməz böyük güclərin strateji diqqət mərkəzinə çevirir. Rusiya, Türkiyə, İran kimi regional güclər, eləcə də ABŞ və Avropa İttifaqı kimi qlobal aktorlar bu məkanda öz təhlükəsizlik, enerji və nəqliyyat maraqlarını reallaşdırmağa çalışırlar. Belə çoxqütblü maraq mühiti isə sabitlikdən daha çox rəqabət yaradır.
Qabil Hüseynli
Azərbaycan bu “frontir” zonanın mərkəzində yerləşən əsas dövlətlərdən biridir. Enerji resursları, tranzit imkanları və müstəqil xarici siyasət kursu ölkəni regional proseslərin passiv iştirakçısına deyil, aktiv oyunçusuna çevirir. Lakin aktiv oyunçuluq imkanlarla yanaşı riskləri də artırır. Çünki belə mövqedə olan dövlətlər həm tərəfdaşlıqlar qurmağa, həm də müxtəlif güc mərkəzləri arasında tarazlığı qorumağa məcbur qalırlar. Hesab edirəm ki, Azərbaycan bütün bunlara baxmayaraq xarici siyasət kursunu yaxşı qoruyub saxlayır. Xüsusilə balans siyasəti illərdir bizə uğur gətirir. Fikrimcə, bundan sonra da proseslər bu fonda davam edəcək”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Yanvar 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















