“Cənubi Qafqazda sabitlik əsas məqsədimizdir” Hakan Fidan KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Asiya-Sakit okean regionunda silahlanmanın artdığını deyib və bunun dünyanı “uçurumun kənarına, nüvə müharibəsi astanasına” qoya biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, onun sözlərini “Anadolu” agentliyi sitat gətirib.
“Qlobal sistem eyni anda iki şərti müharibə ilə üzləşir və bunların hamısının qlobal nəticələri var. Yaxın Şərqdə, Cənubi Qafqazda və Aralıq dənizinin şərqində, eləcə də Qara dənizdə sabitlik bizim əsas məqsədimizdir”, – deyə o, İstanbulda keçirilən TRT World Forum 2024 tədbirində bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, “beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT öz missiyasını yerinə yetirə bilməyib”.
Baxış sayı:96
Bu xəbər 30 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















