Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır Fidan
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır.
Baakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələnin kökündə Azərbaycanın Qarabağı işğaldan azad etməsi dayanır: “Azərbaycanla ikitərəfli münasibətlərimizi nümunəvi şəkildə davam etdiririk. Bir çox beynəlxalq məsələnin həlli ilə bağlı ortaq səylər ortaya qoyuruq. Ermənistanın müharibədən sonra sülh və sabitliklə bağlı seçim etməsini məmnuniyyətlə qarşılayırıq. Hər iki ölkəni bu tarixi fürsəti qaçırmamağa çağırırıq”.
H.Fidan xatırladıb ki, tərəflər vasitəçi, üçüncü tərəfin iştirakı olmadan İstanbulda bir araya gəliblər: “Oktyabrda İstanbulda keçirilən "3+3" platformasının iclasında bütün regional məsələləri müzakirə etmişik. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə təkcə humanitar məsələlər həllini tapmayacaq, həm də ticarət və inkişafa kömək edəcək şərait yaranacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















