Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni konfiqurasiya Azərbaycan üçün unikal şərait

Cənubi Qafqazda yeni konfiqurasiya Azərbaycan üçün unikal şərait

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Sabiq nazir: “Azərbaycanın hərbi-siyasi müttəfiqi regionun ən mühüm oyunçularından birinə çevrilir”

ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra yeni dünya nizamının qurulması istiqamətində addımlar atılır. Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə baxışının fərqli olması, münaqişə ilə bağlı Ağ Evin siyasətinin dəyişməsi müşahidə edilir. Ukraynanı Rusiyaya təslimçiliyə, demək olar ki, məcbur edən Tramp iqtidarı ABŞ-Rusiya müttəfiqliyinin yaranmasında maraqlı görünür. Buna qarşı çıxan Avropa İttifaqı (Aİ) isə çıxış yolu axtarışındadır.

Ekspertlər bildirirlər ki, Ağ Evin Ukrayna ilə bağlı siyasəti dünyadakı geopolitik vəziyyəti kökündən dəyişməkdədir. Bununla, həmçinin, digər regionlarda, o cümlədən Cənubi Qafqazda da yeni siyasi konfiqurasiyanın yaranacağı istisna deyil.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib ki, Cənubi Qafqazla bağlı Türkiyənin mövqeyi indi daha önəmlidir və məsələyə Türkiyə kontekstində baxmaq lazımdır:

- Qeyd etmək lazımdır ki, Trampın Türkiyəyə baxışları da fərqlidir. Suriyadakı hadisələr, PKK-nın buraxılması ilə bağlı məsələlər onu göstərir ki, bəzi məsələlərdə ümidlər var ki, Türkiyə bögədə - istər Yaxın Şərq olsun, istərsə də Cənubi Qafqaz - əsas oyunçulardan biri olacaq. Türkiyə deyəndə qəbul etmək lazımdır ki, bu ölkə Azərbaycanın siyasi və hərbi müttəfiqidir. Bizim bu əlaqələrimiz artıq Rusiya tərəfindən də qəbul olunub. Xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi onların geopolitik seçimidir, çünki onlar müstəqil dövlətlərdir. Bu, çox maraqlı, hətta deyərdim ki, unikal bir bəyanat idi. Rusiya liderinin digər postsovet ölkələri barəsində bu cür fikirlərinə rast gəlinməyib. Yəni demək istəyirəm ki, Kreml də artıq Ankara-Bakı müttəfiqliyini qəbul edib. Türkiyə və Azərbaycanın siyasəti nəticəsində artıq belə bir reallıq hökm sürür.

Bu prosesin davamını digər məsələdə - Türk Dövlətləri Təşkilatının vahid gücə çevrilməsində görməliyik. Hesab edirəm ki, bu da perspektiv vəd edən məsələdir. Tramp administrasiyası istər-istəməz bu təşkilata da dəstək verməlidir. Çünki onun əsas rəqibi Çindir. Nəzərə almaq lazımdır ki, ABŞ Əfqanıstanda “Taliban”a yox, Çinə uduzdu. Tramp bu günlərdə bildirdi ki, indi Baqram aviabazasında Vaşinqton olmalı idi, amma ondan Pekin istifadə edir. Bu, bir növ işarədir. Ona görə də hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı yaxın perspektivdə vacib oyunçulardan birinə çevriləcək ki, bu da bizim üçün, region üçün önəmlidir. Belə anlaşılmasın ki, biz kiməsə tabe olacağıq. Sadəcə bizim əhəmiyyətimiz daha yüksək olacaq. Əlbəttə, bu vəziyyətdə Türk Dövlətləri Təşkilatı ölkələrinin liderləri bizim ortaq maraqlarımızın təmini istiqamətində siyasət həyata keçirəcəklər.

- Amma əks fikirdə olanlar bildirirlər ki, Rusiyanın güclənməsi onun yenidən Cənubi Qafqazda təsirlərini artıra bilər. Bu fikirlə razısınızmı?

- Əlbəttə, təhlükələri izləməliyik. Potensial təhlükə daşıyan proseslər yaxından izlənilməlidir. Bunun iki növü var: ya açıq konfrantasiyaya gedirsən, ya da siyasi dialoqu davam etdirərkən öz maraqlarının müdafiəsini təmin edirsən. Əslində qalsa, Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanan strateji əməkdaşlıq haqqında sənəd var. Bu əməkdaşlıq o deməkdir ki, siyasi üslublar istifadə olunarkən hansısa şəkildə maraqların balansı tapılır. Əminəm ki, bu istiqamətdə Bakının siyasəti davam edəcək. Azərbaycan unikal bir dövlətdir. Dünyada Azərbaycan yeganə dövlətdir ki, şimaldan Rusiya ilə, cənubdan isə İranla sərhəddir. Bəzi faktorları yaddan çıxarmamalıyıq. Çünki regionda dominantlıq etmək üçün bir çox qüvvələr bir-biri ilə əsrlər boyu rəqabət aparıblar. Bu rəqabətin hansısa növlərini gələcəkdə görəcəyik. Amma indiki vəziyyətdə çox yaxşı haldır ki, Azərbaycan artıq formalaşmış dövlətdir. Azərbaycanın ordusu, siyasəti var, ərazi bütövlüyü bərpa olunub, öz məqsədlərinə nail olmaqdadır. Ona görə də gələcək proseslərdə üstünlüyə nail olmağımız üçün imkanlar mövcuddur.

- Dünyadakı yeni geosiyasi şəraitdə Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları nə qədərdir?

- Tarixi ədaləti bərpa etmək üçün gücdən, yoxsa siyasi danışıqlardan istifadə olunacaq, dəqiq demək mümkün deyil. Amma əminəm ki, Azərbaycan hansı vasitə lazımdırsa, ondan istifadə edəcək. Çünki vaxtilə bizə qarşı çox ciddi tarixi ədalətsizlik edilib. Bir ölkəni iki yerə bölmək anormallıqdır. Söhbət Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsindən gedir. Hesab edirəm ki, bu geopolitik səhv öz həllini tapacaq.

Sülh sazişinin imzalanmasına gəlincə, bu barədə dəfələrlə bildirmişəm – ermənilər ağıllı olsalar, Bakının istəklərinə müsbət cavab verməlidirlər. Amma görünən odur ki, Ermənistan müsbət cavab verməyə meyilli deyil. Ümumiyyətlə, Ermənistan təzyiq dilindən daha yaxşı anlayır. İstisna etmirəm ki, Zəngəzur dəhlizi ilə bağlı, sülh sazişi barədə Azərbaycan öz siyasətini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri