Icma.az
close
up
RU
Cənubi Qafqazla bağlı AMERİKANIN FƏRQLİ YANAŞMASI TƏHLİL

Cənubi Qafqazla bağlı AMERİKANIN FƏRQLİ YANAŞMASI TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Amerikanın cari il üçün Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətində dəyişikliklər artıq özünü göstərməkdədir. Artıq belə məlum olur ki, Trampın yanaşması da, mövqeyi də tamamilə fərqlidir. Xüsusən də onun yanaşmasının əvvəlki ABŞ prezidenti Baydenin yanaşmasından tamamilə fərqləndiyi göz önündədir. Bunu təsdiq edən faktlar kifayət qədərdir və bu da onu deməyə əsas verir ki, ABŞ liderinin Cənubi Qafqazla bağlı tamamilə fərqli planları var.

Amerikanın münasibətlərinin daha da yaxşılaşması qənaətində hər kəs haqlıdır və proqnozlar da nikbindir

Region ölkələrində böyük əminlik var ki, Donald Tramp məhz Cənubi Qafqazda sabitlik və əmin-amanlığın hökm sürməsində maraqlıdır. Sözsüz ki, Amerikanın Cənubi Qafqaza nəinki münasibətinin, ümumiyyətlə, baxışının belə dəyişəcəyinə, sabitliyə töhfə verəcəyinə əminlik heç də təsadüfi deyil. Ona görə ki, Ağ Evin yeni sahibinin niyyəti heç də Baydenin Cənubi Qafqaz regionunda sabitliyi pozmaq niyyəti ilə üst-üstə düşmür. Bunu dünyanın bir çox siyasətçiləri ilə yanaşı, elə amerikalılar özləri də etiraf edirlər. Xüsusən də, bölgəmizdə əmin-amanlığın olmasında rəsmi Vaşinqtonun hazırki mövqeyi region ölkələri ilə Amerikanın münasibətlərinin daha da yaxşılaşması qənaətində hər kəs haqlıdır və proqnozlar da nikbindir.

Artıq amerikalılar özləri də etiraf edirlər ki, bu vaxta qədər ABŞ-ın və Bayden adminstrasiyasının region ölkələrindən biri olan Gürcüstana münasibətdə mənfi rolu göz önündə olub. Əslində, belə bir etiraf olmasa belə, bunu təkzib etmək olmaz. Çünki bunu təsdiq edən faktlar kifayət qədərdir. Amma bundan sonra tamamilə fərqli bir mövqe sərgilənəcəyinə ümudlər böyükdür. Ona görə ümidlər böyükdür ki, artıq bu istiqamətdə addımlar da görünməkdədir. Açıq-aşkar şəkildə görünür ki, Tramp adminstrasiyası Amerikanın Cənubi Qafqaz ölkələrinə münasibətdə xarici siyasətlə bağlı yanaşmalarını kökündən dəyişdirməkdədir. Təbii ki, yaranan ümidlər ilk növbədə elə məhz Ağ Evin yeni sahibinin vədlərindən, ən azından bəyanatlarından və dediklərindən də yaranır. Digər tərəfdən də axı Tramp hakimiyyətinin bundan əvvəlki kimi deyil, tamamilə əksinə addımlar atacağı ilə bağlı kifayət qədər təsdiqedici məqamlar da var.

Həqiqətən də maraqlıdır ki, görəsən, Amerikanın yeni seçilən prezidenti Donald Trampın rəhbərlik etdiyi dövrdə, xüsusən də 2025-ci ildə və sonra Amerikanın yanaşması baxımından Cənubi Qafqaz regionu üçün gözləntilər nədən ibarətdir? Cənubi Qafqazın bütün ölkələrinə bərabər və ədalətli diplomatik yanaşma prinsipinin şahidi olacağıqmı? Hər halda, Ermənistanı silahlandırmaq və onu Azərbaycandan “qisas” almağa hazırlamaqdan ibarət olan Bayden adminstrasiyası “ənənələri” 2025-ci ildə və bundan sonra bir daha olmayacaq. Eyni zamanda, Gürcüstanı daxildən parçalayıb, daxilində qarışıqlıq, xaos yaradıb, dövlət çevrilişinə sürükləyərək, ölkəni dağıtmaq üçün olan planlar daha ortaya atılmayacaq. Bir sözlə, Amerikanın münasibətlərinin daha da yaxşılaşması qənaəti var və proqnozlar da nikbindir.

Cənubi Qafqazda sabitliyin pozulması üçün heç bir cəhd etməyəcəyinə əminlik var

Bayden adminstrasiyanın keçmiş fəaliyyətini təhlil edən dünyanın bir çox siyasətçiləri, analitikləri, ekspertləri belə Tramp adminstrasiyasının Cənubi Qafqazla bağlı fərqli yanaşma sərgiləyəcəyi qənaətində olduqlarını qətiyyən gizlətmirlər, açıq şəkildə bildirirlər. Bu siyasətçilər, analitiklər, ekspertlər arasında amerikalılar da kifayət qədərdi. Diqqətə çatdıraq ki, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman kimi bir amerikalı analitikin, geosiyasət və təhlükəsizlik sahəsində ekspertin, Tramp adminstrasiyasının prioritet olaraq, milli təhlükəsizlik və ABŞ maraqları üçün ən böyük iqtisadu təhlükə hesab edilən məsələlərə diqqət edəcəyini bildirməsi təsadüfi deyil. Ona görə ki, bütün dünyada müşahidə edilən antidemokratik əməliyyatlarda Baydenin ətrafının iştirak etməsinin əksi olaraq, Tramp adminstrasiyası bütün bunlara qətiyyən yol verməyəcəyi artıq özünü göstərir. “Tbilisi hər hansı çevriliş üçün bundan sonra məkan sayıla bilməz”, deyə bəyan edən “The Washington Outsider” qəzetinin baş redaktoru Cənubi Qafqaz üçün hansısa dövlət çevrilişi cəhdlərinin təkrarlanmayacağı barədə qənaətini də bildirir.

Sözügedən nəşrin baş redaktoru İrina Tsukermanın sözlərinə görə, regionda sabitliyin pozulmasına hərhansı bir cəhd olunmayacaq və Azərbaycanla münasibətlər də bundan əvvəlki kimi, yəni, Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi davam edəcək. “Tramp Cənubi Qafqazda sabitliyi hər hansı şəkildə pozmağa çətin ki, cəhd etsin. Amerikanın iqtisadi imkanlardan yararlanmaq və ABŞ iqtisadiyyatının imkanlarını gücləndirmək onun xeyrinədir və bunun üçün də, qeyd olunduğu kimi, rəsmi Vaşinqton bundan sonra milli təhlükəsizlik və ABŞ maraqları üçün ən böyük iqtisadi təhlükə hesab edilən məsələlərə diqqət edəcək. Təbii ki, Trampın Azərbaycanla bundan əvvəl müsbət münasibətləri olub və rəsmi Bakının işlərinə qarışmaması təcrübəsi də danılmazdır.

Doğrudur, etiraf edilməlidir ki, Trampın bundan əvvəlki dəfə Amerikaya rəhbərlik etdiyi dövrdə məhz öz ərazilərini qaytarmaq məsələsində Azərbaycana ABŞ heç də kömək etməyib. Lakin onu da nəzərə almaq lazımdır ki, separatçılara federal səviyyədə kömək də edilməyib. Deməli, Tramp adminstrasiyası heç əvvəlki dövrdə də erməni separatçılarına dəstək olmayıbsa, indi bunu gözləmək ermənilər üçün axmaqlıq olardı. Yəni, bundan sonra hansısa bir dəstək mümkün deyil. Bir sözlə, məhz İrina Tsukermanın timsalında amerikalıların özləri belə Trampın Baydendən tamamilə fərqli yanaşma sərgiləyəcəyinə, xüsusən də Cənubi Qafqazda sabitliyin pozulması üçün heç bir cəhd etməyəcəyinə əmindirlər.

Bölgəyə hansısa təzyiqin aradan qaldırılacağı kimi bir proqnoz və gözləntilər tamamilə məntiqidir

Yaxşı bilirik ki, bəzi “qaranlıq mövqe sərgiləyənlər” regionumuza, Cənubi Qafqaz regionuna bu vaxta qədər heç də xoş niyyətlə yanaşmayıblar. Məsələn, USAİD kimi bir təşkilatın hansı niyyətlərinin olduğu çoxdan bizə məlum idi. Məhz həmin təşkilatın Cənubi Qafqazda siyasi təzyiqə hesablanan fəaliyyəti də bəllidir. Elə region ölkələri də bununla bağlı eyni qənaətdə olublar, baxmayaraq ki, Azərbaycandan fərqli olaraq, həmin təşkilatın fəaliyyəti onlar üçün təsirsiz ötüşməyib. Yaxud da, LGBT kimi bir “uyğunsuzluğun” regionumuza yad olması da hər kəsə bəllidir və Cənubi Qafqaz ölkələrinin “bundan” uzaq olmaq istəyi də başadüşüləndir. Nümunə olaraq adları çəkilən təşkilatlar indi artıq Trampın və onun adminstrasiyasının hədəfinə çevriliblər və buna görə də daha onlarla bağlı narahatlığa belə dəyməz.

Bilirik ki, istər USAİD, istərsə də LGBT ilə bağlı Donald Trampın mövqeyi olduqca sərtdir. Ağ Evin yeni sahibi onların heç birini görmək belə istəmir. Ümumiyyətlə, onlarla bağlı Trampın sərt tədbirləri haqqında da məlumatlıyıq. Ələlxüsus da USAİD məsələsi ilə əlaqədar olaraq atılan addımlar, təşkilatın ləğv edilməsi məsələsi onu deməyə əsas verir ki, bundan sonra yeni-yeni sanksiyaların tətbiq edilməsi, “sanksiya dalğası” yaradılması kimi region ölkələrinin daxili işlərinə qarışmaq məqsədli hansısa cəhdlər heç də ağlasığan deyil. Əgər Cənubi Qafqaz ölkələrinə burun soxan həmin o qaranlıq fəaliyyət sərgiləyən təşkilatları Tramp məhz ləğv edirsə, deməli, bölgəyə hansısa təzyiqin aradan qaldırılacağı kimi proqnoz və gözləntilər tamamilə məntiqidir.

Amerikanın Cənubi Qafqazla, eləcə də ölkəmizlə bağlı bundan sonra ədalətli addımlar atacağı və ədalətli mövqe sərgiləyəcəyi gözləniləndir

ABŞ-da respublikaçı Donald Trampın yenidən prezident seçilməsi əslində, bütün dünya ictimaiyyəti üçün bir sıra böyük ümidlər yaradıb. Ağ Evin yeni liderinin məhz Baydenin, onun administrasiyasının kobud səhvlərini təkrarlamayacağını onun seçki kampaniyası zamanı verdiyi bəyanatlar belə təsdiq edir. Elə buna görə də istər Cənubi Qafqazın digər ölkələri, istərsə də Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətlərində artıq yeni səhifənin açılacağını cəsarətlə söyləmək olar. ABŞ-Azərbaycan münasibətlərinin uzun tarixinin olmasını, müstəqillik əldə etdikdən bu vaxta qədər Bakının Vaşinqtonla əlaqələr qurmasını, ötən illər ərzində Birləşmiş Ştatlarla bir çox mühüm sahələrdə sıx əməkdaşlıq edilməsini, təhlükəsizlik məsələsində, terrorla mübarizədə, enerji məsələlərində Azərbaycanın öz töhfələrini verməsini Co Bayden adminstrasiyasının bir növ görməzdən gəlməsinin nəticələrinin necə olduğunu heç şübhəsiz ki, Tramp adminstrasiyası çox yaxşı görür. Ona görə də bunun təkrarlanacağı qənaətində deyilik. Belə başa düşürük ki, Donald Trampın yenidən hakimiyyətə qayıtması fonunda məhz 2025-ci ildən başlayaraq ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə öz dəyişiklikləri ilə diqqəti cəlb edəcək. Təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqazla bağlı Amerikanın çox düzgün, ədalətli addımlar atacağına, döğru yanaşma, haqlı mövqe sərgiləyəcəyinə əminlik var. Əminik ki, Cənubi Qafqazla bağlı ABŞ-ın mövqeyi və 2025-ci ilin gözləntiləri region ölkələrini və vətəndaşlarını qane edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri