Icma.az
close
up
RU
“Cərimə balı 50 bala qaldırılsın” Deputatdan təklif

“Cərimə balı 50 bala qaldırılsın” Deputatdan təklif

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Sürücülər tərəfindən Yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 balliq həddə çatır”


Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında deyib.

O bildirib ki, bəzi sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5–8 dəfə çoxdur:

"Şəhərdaxili, həm də bölgələrarası marşrutlarda uzunmüddətli sürücülük həyata keçirən peşəsi sürücü olan şəxslər avtomobil yollarının ən aktiv iştirakçılarıdır. Sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5–8 dəfə çoxdur.

Xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün başlıca dolanışıq vasitəsidir. Məşğulluq statistikasına görə, ölkədə fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır- ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir.

Taksi sürücülərinin və ümumi sürücülərin qarşılaşdığı problemlərin bəzilərinə toxunmaq istəyirəm. Sürücülər tərəfindən Yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 balliq həddə çatır. 

Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Qısamüddətli hüquq itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır”.

Deputat vurğulayıb ki, 20 ballıq sistem əsas işi sürücülük olanlar üçün qeyri-ədalətli hesab edilir:

"20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur.

Bu sadaladığım problemi həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız gobud pozuntular zamanı bal kəsilməsinin tədbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar.

Eyni zamanda qeyd etməliyəm ki, Yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşdırılmış nişanlama sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər”.

Parlamentari yol hərəkəti qaydaları ilı bağlı bəzi məsələlər də toxunub:

"Gəncə şəhərinin və digər paytaxtdan kənarda olan şəhər və rayonlarda yolların xətləmə işlərinin daha kefiyytli aparılması vacibdir. Bu sahədə cox ciddi nöqsanlar var. Hasarlanan, silinən, görünməz hala gələn nişanların inventarizasiyası aparılmalı və vaxtında yenilənmələr edilməsinə nəzarət artırılmalıdır. İnfrastrukturu tamamlanmamış yollarda kamera vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır. Sürücülər nişanlama çatışmazlığını bildirə bilsin deyə asan əlçatan şikayət mexanizmi yaradılmalıdır”.

Şahanə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri