Icma.az
close
up
RU
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları

Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi ilə tənzimlənir. İnzibati xətalara görə sürücülük hüququ adətən 2 aydan 2 ilədək, cinayət tərkibli əməllərə görə isə əlavə cəza tədbiri kimi 5 ilədək müddətə məhdudlaşdırılır.

“Yeni Sabah” bu cəzaya səbəb olan halların siyahısını təqdim edir:

Sərxoş vəziyyətdə idarəetmə və müayinədən imtina: Nəqliyyat vasitəsini spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələrin təsiri altında idarə etmə, həmçinin sərxoşluq vəziyyətinin tibbi müayinəsindən boyun qaçırma halı aşkar edildikdə sürücülük hüququ məhdudlaşdırılır. Təkrarlanan hallarda məhrumetmə müddəti artırılır. pizza sifarişi

Cərimə ballarının toplanması: İl ərzində yol hərəkəti qaydalarının pozulmasına görə 20 və ya daha çox cərimə balı toplandıqda, xətaların ağırlıq dərəcəsindən asılı olaraq sürücülük hüququ müvəqqəti olaraq dayandırılır.

Avtoxuliqanlıq və yol qəzası yerindən qaçma: İnsanların təhlükəsizliyinə xələl gətirən, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən avtoxuliqanlıq əməlləri, habelə insan xəsarəti və ya ciddi maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi yerindən qanunsuz olaraq uzaklaşma halında məhrumetmə qərarı verilir.

Xüsusi xidmət avtomobillərinə yol verməmə və ciddi qayda pozuntuları: Operativ nəqliyyat vasitələrinə (təcili tibbi yardım, yanğınsöndürən və s.) yol verməmək, dəmiryol keçidlərinin keçilməsi qaydalarını kobud şəkildə pozmaq və müəyyən edilmiş hərəkət sürətini aşırı dərəcədə həddən artıq aşmaq da müəyyən şərtlər daxilində idarəetmə hüququnun məhdudlaşdırılmasına səbəb olur.

Ağır nəticəli yol qəzaları (Cinayət məsuliyyəti): Yol hərəkəti və ya istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulduqda və ya ölüm halı baş verdikdə, məhkəmənin hökmü ilə əsas cəza ilə yanaşı müəyyən müddətə sürücülük hüququndan məhrumetmə tətbiq olunur.

Məhrumetmə müddəti başa çatdıqdan sonra sürücülük hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq (qaydalar daxilində yenidən imtahan vermə, cərimələri ödəmə və ya tibbi müayinədən keçmə şərtilə) bərpa edilə bilər.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see415

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see220

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see219

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see214

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see212

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see210

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see208

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see202

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri