Icma.az
close
up
RU
Cərimələri artırdıq, bəs ONLARIN maaşını niyə artırmırıq?

Cərimələri artırdıq, bəs ONLARIN maaşını niyə artırmırıq?

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər dəfə balaca oğlumu məktəbə apararkən yol boyu üzü yaşmalı, ya da heç üz-gözünü bağlamayan, qışın soyuğunda, yayın nəfəs kəsən istisində küçə və parkları təmizləyən gözəl insanları – təmizlik fatehlərini görürəm. Hər dəfə də onlar çalışarkən qıraqdan baxıb düşünürəm: bu ölkədə çoxunun ağız büzdüyü, elə çoxunun da cəsarət edib qatlaşmadığı bu ağır zəhmətlə ən halal yaşamaq yolunu seçmiş, aldığı azacıq mavacib ilə bu şəhərin təmizliyi üçün yuxusuna haram qatan, ömrünü bu şəhərin təmizliyinə həsr edən bu gözəl insanlar ən xoş sözlərə layiqdirlər. Onların əməyi gerçəkdən əvəzsizdir. Çünki onlar təkcə əməklərini ortaya qoymurlar, həm də həyatlarını risqə atırlar. Onlar hər gün cəmiyyətin hər üzünü görürlər. Bu fədakar insanlar hər gün yol qıraqlarında küçə süpürərkən ölüm təhlükəsi ilə qarşı-qarşıya dururlar. Mətbuatdan da oxuduğumuz kimi, hər il neçə təmizlik işçisi yol qəzalarının qurbanı olur. Ağır əmək və ölüm təhlükəsi onlarla bərabər yol gedir daima bir ömür boyu...

Üstəgəl tərbiyəsiz, mədəniyyət yoxsulu olan bəzilərinin hara gəldi tulladıqları zir-zibili yığışdırmaq, bəzi özündən razıların yuxarıdan aşağı münasibəti də onların bəxtinə düşüb. Ən gənc vaxtlarından ahıl dövrünə qədər təmizlik işi ilə məşğul olan bu insanların sosial müdafiəsi necədir bəs? Bu yaxınlarda küçə və meydanları zibilləyənlər barədə yeni qərar imzalandı. Belə ki, Milli Məclis tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını təsdiq edib. Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Bundan başqa, məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.
Əlbəttə, bütün bu qərarlar ətraf mühiti qorumaq, küçə və xiyabanları daima təmiz saxlamaq üçün inzibati bir tədbirdir. Həm də lazımlıdır. Çünki maariflənmə və qanunlar insan şüuruna təsir etmirsə, inzibati resurslar bu yerdə qaçılmaz olur. Xüsusuilə son 15-20 il ərzində şəhər həyatına uyğunlaşmayan ən müxtəlif formalı sosial qruplara aid və düşüncə tərzi fərqli olan insan qruplarının Bakı şəhərinə küləvi axını ekoloji təhlükəsizlik problemini də kifayət qədər aktuallaşdırıb. Elələri var ki, ümumiyyətlə şəhər mədəniyyətinin, ictimai məsuliyyətin özündən xəbərsizdir bu gün...
Amma bütün bunlarla yanaşı ortaya bir sual çıxır. Cərimələrin miqdarını artırdıq, bəs şəhəri zibilliklərdən təmizləyən fədakar insanların əmək haqqı necə olsun, onları da artırmaq lazım deyil? Axı hər kəs bilir ki, maksimum 400-500 arası maaş alan bu insanların əməyi ilə, gördükləri əziyyətli iş ilə aldıqları aylıq məvacib arasında böyük tərs mütənasiblik var. Şəhəri zibilləyən düşüncsizlərlə sözün əsl mənasında ilin bütün fəsillərində mübarizə aparan zəhmətkeş insanların sosial müdafiəsi, əmək haqlarının yüksəldilməsi çəkinmədən deyərdim ki, prioritet məsələdir. Çünki çıxarılan qərarların, artırılan cərimələrin əməli nəticələri bu zəhmətkeş insanların hər səhər yol qırağlarında, küçə və xiyabanda gördükləri işlərdən asılıdır. Axı hamımıza aydın olan həqiqət budur ki, cərimələri artırmaq inzibati tənbeh və hüququ məsuliyyət dərəcəsidirsə, səhərdən axşama qədər bu şəhərin təmizliyi üçün çarpışan bu insanların sosial müdafiəsi həmin qərarların nüfuzu, elan etdiyimiz təmiz ətraf mühit və ekoloji təhlükəsizliq qaydalarına əməldə riayət etdiyimizi nümayiş etdirmək üçün vacibdən də vacibdir.Ortada yeyib qıraqda gəzənlərdən fərqli olaraq ən ağır əməyə qatlaşan təmizlik işçiləri ən yüksək dəyərə layiqdir. Dəyər, dəyər sahibinə lütf ediləndə qiymətli olur!

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri