Icma.az
close
up
RU
Cərrah böyük fırıldaqçılığa görə məhkum edildi

Cərrah böyük fırıldaqçılığa görə məhkum edildi

Icma.az bildirir, Lent az portalına istinadən.

Uzun müddətdir Kornuolldakı xəstəxananın aparıcı mütəxəssislərindən biri hesab edilən 49 yaşlı britaniyalı cərrah Nil Hoper müttəhimlər kürsüsündə oturub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məhkəmə onu ciddi fırıldaqçılıqda və ifrat pornoqrafik material saxlamaqda təqsirli bilib. Hoper iki il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq müəyyən edib ki, həkim quru buzdan istifadə edərək özünə qəsdən ağır xəsarətlər yetirib. Nəticədə o, hər iki ayağını itirib. Daha sonra o, amputasiyaların yoluxucu xəstəliklə əlaqədar olduğunu iddia edərək sığorta şirkətlərinə iddia qaldırıb. Beləliklə, o, milyonlarla təzminat alıb.

Məhkəmə iclasları zamanı daha bir narahatedici fakt üzə çıxıb: Hoperin amputasiya ilə bağlı seksual vərdişi olub. O, əzaların çıxarılmasını əks etdirən videolar alıb və bu cür məzmunu yayan vebsaytın yaradıcısı ilə əlaqə saxlayıb. Bu, bir il əvvəl təhlükəli bədən modifikasiyası üzrə beynəlxalq şəbəkəyə rəhbərlik etdiyinə görə ömürlük həbs cəzası almış Marius Qustavsson olub.

Prokurorlar Hoperin "öz vəziyyətin dən cinsi məmnuniyyət hiss etdiyini" və Qustavsson ilə minlərlə dəfə mesajlaşdığını söyləyib. Evində "qurban" tapılmadan bir neçə gün əvvəl internetdə çox miqdarda quru buz sifariş edib. Kompüterində tapılan materiallar, saxtakarlıq sübutları ilə birlikdə ittiham üçün əsas olub.

Onun işlədiyi xəstəxana rəhbərliyi Hoperin əməliyyatlar zamanı xəstələri riskə atmadığını vurğulayıb. Onlarla işin müstəqil nəzərdən keçirilməsi heç bir tibbi səhv tapmayıb. Lakin bəzi xəstələr əməliyyatların lazımsız ola biləcəyindən şübhələnərək artıq vəkillərlə əlaqə saxlayıblar.

Hoperin vəkili iddia edib ki, müvəkkili uşaqlıqdan ayaqlarından “yadlaşma” yaşayıb, onları “bədəninin başqa bir hissəsi” kimi qəbul edib. Hoper özü amputasiyaya görə peşman olmadığını, həqiqəti gizlətdiyinə görə peşman olduğunu bildirib. Hakim qeyd edib ki, cəza təkcə maddi itkiyə görə deyil, həm də cəmiyyətə ağır zərər vuran ekstremal materialların saxlanmasına görə verilib.

Taleyin istehzası budur ki, yalnız bir neçə il əvvəl Hoper "tibb qəhrəmanı"adlandırılıb. Media onun protezlərlə necə tez işə qayıtdığına heyran qalıb və Avropa kosmik agentliyi hətta astronavt proqramına namizədliyini nəzərdən keçirib. Ancaq tezliklə "sirli xəstəlik" mifi çöküb və heyranlıq yeri ictimai qınaqla alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri