Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Cərrahiyyə otağında ad günü “Qaş düzəldən yerdə göz çıxaran”lar

Cərrahiyyə otağında ad günü “Qaş düzəldən yerdə göz çıxaran”lar

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Adil Qeybulla: “Baş verən hadisə biabırçılıqdır!”

Xəbər verildiyi kimi, Azərbaycanda qadın həkim-cərrah əməliyyat zamanı doğum gününü qeyd edib. Bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Beləcə, həkim və həmkarları hər şeydən öncə gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Səhiyyə Nazirliyi Bakıda yerləşən adı çəkilən özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib. Klinika isə nazirliyin araşdırması bitənədək L.Əliyevanı işdən uzaqlaşdırıb.

Bu arada isə teleaparıcı Rövşanə Ağasəfqızı fakta orijinal reaksiya verib. O, sosial media hesabında yazıb: “Həkimə gedəndə təqvimə baxın bundan sonra... Canınızı etibar edəcəyiniz adamın həmin gün doğum günü, toy günü, göbəkkəsdi, xınayaxdı, ciyəraxşamı, sünnət partisi varsa, qəti, qəti həmin tarixə əməliyyat müəyyən eləməyin. Başı qarışar şam üfürməyə. İnstrumenti-zadı qalar bədəninizdə. Gəl, bir ömür yoxlama keçidlərində girinc qal ki, üzərində cikkildəyən nədir. Lazımdır sizə? Xata-baladan bəri başdan uzaq olun...”

Teleaparıcı haqlıdırmı? Doğrudanmı belə vəziyyətlərdə cərrah “qaş düzəltdiyi yerdə göz çıxara” bilər? Həkimin və tibb personalının bu davranışı əməliyyat stolundakı xəstə üçün nə dərəcədə risk yaradır? Hansı cərrahi əməliyyatlar zamanı cərrah xüsusilə diqqətli olmalıdır. Əməliyyat girərkən onun əvəzedicisi (cərrah) olurmu? Əməliyyat gedərkən cərrahiyə otağına kimlər girə bilməz?

Mütəxəssislər qeyd edir ki, cərrahiyyə əməliyyatları zamanı həkim və tibb personalının davranışı xəstənin təhlükəsizliyi və əməliyyatın uğuru üçün son dərəcə vacibdir. Əməliyyat otağında diqqətsizlik və ya qeyri-peşəkar davranışlar ciddi risklər yarada bilər.

Bütün cərrahi əməliyyatlar diqqət və dəqiqlik tələb etsə də, bəzi prosedurlar xüsusilə həssasdır:

Beyin və neyrocərrahiyyə əməliyyatları: Ən kiçik səhv belə ciddi nevroloji fəsadlara səbəb ola bilər.

Ürək cərrahiyyəsi: Ürək və böyük damarlarla bağlı əməliyyatlar yüksək risk daşıyır və cərrahın tam konsentrasiyasını tələb edir.

Laparoskopik əməliyyatlar: Bu minimal invaziv üsul xüsusi diqqət və təcrübə tələb edir.

Əməliyyatlar adətən baş cərrahın rəhbərliyi altında həyata keçirilir. Lakin uzun müddət davam edən və ya mürəkkəb əməliyyatlarda cərrahın yorğunluğunu nəzərə alaraq, ikinci bir cərrah və ya köməkçi cərrah iştirak edə bilər. Bu, əməliyyatın fasiləsiz və təhlükəsiz aparılmasını təmin etmək üçündür.

Əməliyyat zamanı otağa giriş ciddi şəkildə məhdudlaşdırılır:

İcazəsiz şəxslər: Əməliyyat otağına yalnız əməliyyatda birbaşa iştirak edən tibb personalı daxil ola bilər. Digər şəxslərin girişi infeksiya riski və əməliyyatın gedişatına müdaxilə baxımından qadağandır.

Sterillik qaydaları: Əməliyyat otağının sterilliyi qorunmalıdır. Bu səbəbdən, otağa daxil olan hər kəs xüsusi geyim və steril prosedurlara riayət etməlidir.

Bu qaydalara əməl etmək xəstənin təhlükəsizliyi və əməliyyatın uğuru üçün əhəmiyyətlidir.

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb:

“Öncə qeyd edim ki, baş verən son hadisə xoşagəlməzdir. Məsələ burasındadır ki, hansısa yeniliklərə guya imza atarkən biz ilk öncə düşünməliyik ki, qanunları nə dərəcədə pozur və ya onlara əməl edirik. Bu, bizim üçün hər zaman sərhəd olmalıdır və bütün fəaliyyətimizdə nəzərə alınmalıdır. Ümumiyyətlə, qayda-qanunlara görə, əməliyyat otağına kimliyindən asılı olmayaraq, işi olmayan şəxsin daxil olması qadağandır. Əməliyyat otağında gigiyena qaydalarının gözlənilməsi isə çox mühüm bir məsələdir.

Digər bir məqam, həkimin əməliyyat prosesində tam adekvat və ayıq olmasıdır. Həkimin diqqətinin əməliyyatdan yayındırılması və bu cür mənasız işlərə qarışması, əməliyyatın ləngiməsinə səbəb ola bilər və bu, xəstənin həyatı üçün real risk, təhlükə yarada bilər. Baş verən hadisə ilə bağlı mütləq şəkildə müəyyən ölçü götürüləcək ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Bu əslində birbaşa səhlənkarlıqdır. İndi təsəvvür edin ki, çəkilməyən və gizli şəkildə baş verən nə qədər yanlışlıqlara yol verilmə var. Buna görə də səhiyyə ilə bağlı məsələlərdə çox ciddi yanaşma tələb olunur. Bütün özəl sektorlar xəbərdar olmalıdır ki, tibbin qanunları ilə işləyən müəssisə hər hansı sahibkara məxsus ola bilər, lakin heç bir sahibkarın haqqı yoxdur ki, həmin müəssisədə ağlına gəldiyi kimi fəaliyyət göstərsin. Həmin müəssisə Azərbaycanın tibbi qanun və qaydalarına uyğun şəkildə fəaliyyət göstərməlidir. Çünki həmin müəssisələrin qarşısında duran əsas hədəf genefondun sağlamlığıdır. Bunu heç kim unutmamalıdır".

“Yeni Müsavat”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri