Cəsədlərin yarılmasından İMTİNA
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Qazaxıstanda məhkəmə-ekspertiza fəaliyyətinin bir sıra metodikalarının təkmilləşdirilməsi planlaşdırılır.
Xüsusilə, məhkəmə-tibbi ekspertizalar zamanı cəsədlərin yarılmasından imtina etməyə imkan verən “virtual autopsiya” tətbiq ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Erlan Sarsembaev məlumat verib. “Biz “virtual autopsiya” metodunu tətbiq edəcəyik. Bu üsul kompüter tomoqrafiyası vasitəsilə tədqiqat aparılmasını nəzərdə tutur. Bu məcburi yarılmadan imtina etməyə imkan verəcək, eyni zamanda milli və dini ənənələrlə ziddiyyətlərin qarşısını alacaq”, – deyə nazir bildirib.
O əlavə edib ki, ümumilikdə məhkəmə-ekspertiza metodikalarının standartlara uyğun şəkildə təkmilləşdirilməsi planlaşdırılır. “Bu yenilik ekspertizaların aparılma müddətini qısaldacaq, əsassız ekspertiza sayını azaldacaq və onların keyfiyyətini artıracaq”, – deyə nazir vurğulayıb.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 26 Fevral 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















