Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Çətin anlarda bir dosta dəstək olmaq: Bu sözləri deməyin!

Çətin anlarda bir dosta dəstək olmaq: Bu sözləri deməyin!

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çətin günlər insanların dostluğunda həlledici məqamlardan biridir. Məhz belə vəziyyətlər münasibətlərin ehtiyac anından sonra da davam edib-etməyəcəyini müəyyən edə bilər.

Qaynarinfo xəbər verir ki, psixoloq və insanlararası münasibətlər üzrə ekspert Marisa H. Franko CNBC üçün hazırladığı məqalədə dostuna ağır günlərində necə dəstək olmaq barədə tövsiyələr verib.

Mütəxəssisin fikrincə, belə vəziyyətlərdə dostun vəziyyətini daha da ağırlaşdırmamaq üçün bəzi ifadələrdən çəkinmək lazımdır.

“Ağlama”

Kədər yaşayan insanların hansı reaksiyaları daha faydalı hesab etdiyini araşdıran tədqiqatlardan birində iştirakçılardan biri onu ən çox rahatladan münasibətdən danışıb.

O, ağlamasına icazə verən tibb bacısını xatırlayaraq deyib: “Məni qucaqlayan və ‘Ay, yaxşı, ağlama’ demədən ağlamağıma icazə verən həmin tibb bacısı... O, sadəcə ağlamağıma icazə verdi”.

Buna görə də dostunuz kədər yaşayırsa, onun hisslərini bölüşməsinə imkan vermək tövsiyə olunur. O, ağlamaq istəyirsə, “Hisslərini sərbəst ifadə etdiyin üçün səninlə fəxr edirəm” demək olar.

“Güclü olmalısan”

Dostunuza güclü olmalı olduğunu söyləmək onun həmin anda yaşadığı həssas hissləri inkar edə və yaxın gələcəkdə də bu hissləri gizlətməli olduğu təəssüratı yarada bilər.

Franko bunun əvəzinə insanın hisslərini qəbul etməyi tövsiyə edir. Məsələn, “Özünü necə hiss edirsənsə, bu normaldır” və ya “Əlbəttə, belə hiss edirsən” demək olar.

“Nəyəsə ehtiyacın olsa, mənə xəbər et”

Psixoloqun sözlərinə görə, bu ifadəni eşidən insan böyük ehtimalla həqiqətən kömək istəməyəcək. Əvvəla, o, qarşı tərəfin bunu səmimi şəkildə söyləyib-söyləmədiyinə əmin olmaya bilər.

Bunun əvəzinə konkret yardım təklif etmək məsləhətdir: “Sənə ərzaq gətirə bilərəm?”, “Paltarlarını yuya bilərəm?”, “Uşaqlara baxa bilərəm?”

Ekspertin sözlərinə görə, xüsusilə kədərin ilk mərhələlərində insanlar gündəlik işlərin görülməsində konkret yardımı ən faydalı dəstək növlərindən biri hesab edirlər.

“Bunu unut”

İnsanın özünü yaxşı hiss etməyə başlaması üçün müəyyən edilmiş universal müddət yoxdur. Elmi araşdırmaların icmalına əsasən, stresli hadisədən sonra insanların 11 faizi xroniki stress vəziyyətində qalır, 9-12 faizinin vəziyyəti isə əvvəlcə normal görünsə də, sonradan pisləşir.

“Dostunuzun hisslərini qiymətləndirməyin. Onun sağalmaq üçün ehtiyac duyduğu müddətin nə qədər uzun olmasından asılı olmayaraq, bunun normal olduğunu başa salın. Bu müddət qısa olduğu üçün o, daha yaxşı insan olmayacaq, uzun çəkdiyi üçün isə məğlub sayılmayacaq”, – Franko bildirib.

Onun fikrincə, dostunuza “Özünü nə qədər ehtiyacın varsa, o qədər pis hiss etməyin normaldır və mən yenə də sənin yanında olacağam” demək olar.

Susmaq və uzaqlaşmaq

Psixoloq hesab edir ki, edilə biləcək ən pis şey ümumiyyətlə heç nə deməməkdir.

Çətin günlər yaşayan insanlar ətrafındakıların onlardan uzaqlaşmağa, zənglərə cavab verməməyə, hətta ictimai yerlərdə onları görəndə üz çevirməyə başladığını bildirirlər. Bu isə həmin insanların tərk ediləcəkləri qorxusu ilə hisslərini ifadə etməkdən çəkinməsinə və təcrid olunmuşluq hissinin daha da güclənməsinə səbəb ola bilər.

Buna görə də dostunuza sadə bir mesaj göndərmək kifayətdir: “İndicə səni xatırladım və bu gün özünü necə hiss etdiyini düşünməyə başladım”.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri