Icma.az
close
up
RU
Cevdet Yılmaz: Azərbaycanla Azad Ticarət Sazişi ilə bağlı danışıqlar davam edir

Cevdet Yılmaz: Azərbaycanla Azad Ticarət Sazişi ilə bağlı danışıqlar davam edir

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cevdet Yılmaz: Azərbaycan böyük siyasi çağırışlara baxmayaraq iqtisadi artımı təmin edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Onun sözlərinə görə, Azərbaycan üzləşdiyi ciddi siyasi problemlərə və işğal altında olan ərazilərini azad etmək üçün göstərdiyi böyük fədakarlıqlara baxmayaraq, paralel şəkildə iqtisadiyyatını da böyütməyi bacarıb və bu gün mövcud inkişaf mərhələsinə çatıb. C. Yılmaz qeyd edib ki, Bakıda müşahidə olunan ümumi mənzərə və forumun keçirildiyi məkanda formalaşmış infrastruktur Azərbaycanın müstəqillikdən bu günədək keçdiyi inkişaf yolunu rəqəmlərdən əvvəl aydın şəkildə göstərir.

Vitse-prezident bildirib ki, Azərbaycan 2024-cü ildə 4,1 faiz iqtisadi artım göstəricisi ilə regionda seçilən iqtisadiyyatlardan biri olduğunu nümayiş etdirib. O, iki ölkə arasında ticarət dövriyyəsinin ötən il təxminən 8 milyard dollara çatdığını vurğulayaraq, bunun əhəmiyyətli göstərici olduğunu qeyd edib.

C. Yılmaz əlavə edib ki, bu il ticarət dövriyyəsində neft qiymətlərinin azalması və digər amillər səbəbindən müvəqqəti zəifləmə mümkündür, lakin bunun davamlı xarakter daşımayacağını bildirib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan və Türkiyə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə nail olmaqdır.

Vitse-prezident qeyd edib ki, bu hədəfə işgüzar dairələrin fəal iştirakı ilə nail olunacağına inanılır. O, həmçinin Azərbaycanla Preferensial Ticarət Sazişinin təkmilləşdirildiyini və sənədin 2024-cü ildə qüvvəyə mindiyini xatırladaraq, bunun ikitərəfli ticarətə əlavə impuls verəcəyini bildirib. Bununla yanaşı, Azad Ticarət Sazişinin imzalanması imkanlarının araşdırılması məqsədilə işlərə başlanıldığını və bu istiqamətdə danışıqların davam etdiyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri