Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Cevdet Yılmaz Bakıda TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Cevdet Yılmaz Bakıda TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a TÜRKPA-dan bildirilib.

Nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən nəzakət ziyarətinə görə səmimi minnətdarlığını ifadə edib və Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib, konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb.

Baş katibin vəzifələrinin icrasına başlamasından sonra baş tutan görüşdə ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaş, Türkiyə Böyük Millət Məclisinin üzvləri, diplomatik nümayəndəliklərin nümayəndələri və yüksək vəzifəli rəsmilərin də daxil olduğu nümayəndə heyəti iştirak edib.

Baş katib vitse-prezidentə səlahiyyətlərinin icrasına başladıqdan sonra həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, üzv dövlətlərin Xarici İşlər Nazirlikləri ilə qurulmuş güclü və institusionallaşdırılmış əlaqələri vurğulayıb. O, daha sonra TÜRKPA-nın türk dövlətlərinin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. Bu kontekstdə, Baş katib ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində keçirilən milli nümayəndə heyətlərinin koordinasiya görüşünə xüsusilə diqqət çəkib.

Daha sonra vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə nümayəndə heyəti ilə birgə görüş keçirilib. Görüş zamanı Baş katib iştirakçılara dövlət başçılarının qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsü barədə məlumat verib. O, həmçinin Türk Dövlətləri Təşkilatında olduğu kimi, TÜRKPA-da da fəaliyyətdə olan sədrliyin rotasiya əsasında dövr etdiyini və hazırda Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovun Assambleyanın Fəaliyyətdə-olan-sədri olduğunu qeyd edib. Bununla yanaşı, Baş katib TÜRKPA Parlament sədrlərinin ilk qeyri-rəsmi görüşünün 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunmasının planlaşdırıldığını qeyd edib.

Baş katib Ramil Həsən nümayəndə heyətini Macarıstan və Özbəkistana son səfərləri barədə də məlumatlandıraraq Özbəkistan Ali Məclisinin TÜRKPA-ya üzvlüyü istiqamətində göstərdiyi dəstəyə görə Cevdet Yılmaza minnətdarlığını ifadə edib.

Cevdet Yılmaz çıxışında Türk Dövlətləri Təşkilatının davamlı şəkildə inkişaf etdiyini vurğulayıb və TÜRKPA daxilində təmsil olunan parlamentlərin legitimlik və təmsilçilik baxımından ən inklüziv struktur təşkil etdiyini qeyd edib. O, TÜRKPA-nın regional inteqrasiya və əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini qeyd edərək bu günə qədər TÜRKPA-da xidmət etmiş şəxslərə təşəkkürünü bildirib və cənab Ramil Həsənin səlahiyyət müddətinin onun peşəkarlığı və təcrübəsi sayəsində Assambleya üçün fərqli və dinamik mərhələ olacağına əminliyini ifadə edib.

Vitse-prezident Baş katib Ramil Həsəni Xarici İşlər Nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Özbəkistanın üzvlüyü istiqamətində atılan addımlar və Şimali Kipr Türk Respublikası ilə qurulan sıx əlaqələr münasibətilə təbrik edib. O, həmçinin TÜRKPA parlament sədrlərinin planlaşdırılan qeyri-rəsmi görüşünün də faydalı olacağını da qeyd edib.

Ziyarət proqramı çərçivəsində Cevdet Yılmazın əlamətdar ziyarətinin xatirəsinə Katibliyin daxili həyətyanı sahəsində zeytun ağacı əkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri