Cevdet Yılmaz: İranla müharibənin mümkün qədər tez bitməsini istəyirik
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 14 mart, AZƏRTAC
Türkiyənin İranla bağlı mövqeyi aydın və ardıcıldır. Biz müharibənin mümkün qədər tez bitməsini istəyirik və bu istiqamətdə səylərimiz davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 13-də yerli telekanallara açıqlamasında bildirib.
Yaxın Şərqdə yaranan vəziyyətdən danışan C.Yılmaz qeyd edib: “İran məsələsində vasitəçilik etmək üçün ciddi səylər göstərdik, lakin danışıqlar masası son anda Omanda quruldu. Təəssüf ki, müsbət nəticə əldə olunmadı və proseslər müharibə ilə nəticələndi”.
Vitse-prezident qarşıdurmanın bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hazırda regionda qeyri-müəyyənlik mövcuddur, dəqiq proqnoz vermək mümkün deyil: “Həm iqtisadi, həm də humanitar baxımdan risklər mövcuddur. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ümumi yanaşmasından belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq”.
C.Yılmaz vurğulayıb ki, yalnız gücə arxalanan, qanun və qaydalara məhəl qoymayan siyasət insanlığın gələcəyi üçün ciddi təhlükə yaradır: “İnanıram ki, bəşəriyyət hadisələrə mütləq şəkildə reaksiya verəcək”.
Türkiyənin hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı sualı cavablandıran vitse-prezident deyib: “Biz qarşı tərəfə dəfələrlə xəbərdarlıq etdik. İranda deyirlər ki, “Raketi biz atmamışıq”. Hazırda qonşu dövlətdə vahid qərar qəbuletmə sistemi yoxdur, fərqli təşkilati struktur tətbiq olunur. Türkiyə isə həm NATO daxilində, həm də öz resursları ilə tədbirləri davam etdirir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Mart 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















