Cevdet Yılmaz: Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik...
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada NATO dövlət və hökumət başçılarının zirvə toplantısında çərçivəsində keçirilən müdafiə sənayesi forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə dünyada müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yerdə qərarlaşıb:
"Biz yaxın gələcəkdə ilk onluğa daxil olmağı hədəfləyirik. Türkiyənin müdafiə və aerokosmik məhsulları ixracı son bir ildə 11 milyard dolları keçib. İxracımızın yarıdan çoxu da NATO-dakı müttəfiqlərimizə və Avropa İttifaqı ölkələrinə olub".
C.Yılmaz bildirib ki, NATO-nun Avropa sütununa əhəmiyyətli töhfə verən Türkiyə xüsusilə Avropa İttifaqı ilə birlikdə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir:
"Müttəfiq ölkələr arasında müdafiə sektorunda ticarət məhdudiyyətlərini və sanksiyaları aradan qaldırmalıyıq, mənasız sanksiyaları və məhdudiyyətləri masadan çıxarmalıyıq".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 07 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















